• $
  • €
  • ₽
  • ₺
  • £

Azerçay” ölkəmizi qürurla təmsil etməyə davam edir

Azerçay” ölkəmizi qürurla təmsil etməyə davam edir
11.12.2023 14:30
"Azerçay” Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası çərçivəsində ölkəmizin çay mədəniyyətinin tanıdılmasına davam edir. 


Dünya liderləri, dövlət rəsmiləri, hökumət və qeyri-hökumət təşkilatları eləcə də dünyanın qabaqcıl şirkətlərinin qatıldığı tədbirdə milli markamız ziyarətçiləri çay süfrəsinə qonaq edir. 


Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə ölkə çayçılığını təmsil edən doğma çay markası  tərəfindən xarici qonaqlara müxtəlif "Azerçay” məhsulları da hədiyyə edilir.


Qeyd edək ki,  "Made in Azerbaijan” yazısını üzərində şərəflə daşıyan doğma çay "Azerçay” Azərbaycanın dünyaya tanıdılması üçün, on illərdir ki, müxtəlif qlobal layihələrdə yaxından iştirak edir.


Milli çay markamız Fransa, İsveçrə, Böyük Britaniya, BƏƏ, Rusiya, Çin və digər ölkələrdə təşkil edilmiş layihələrdə vətənimizi təmsil etməklə bərabər dünyanın 40-dan artıq ölkəsinə də ixrac edilərək ölkəmizin ixrac potensialına öz töhfəsini verir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol