• $
  • €
  • ₽
  • ₺
  • £

Üç rayonda su olmayacaq

Üç rayonda su olmayacaq
28.02.2014 18:24
Sabunçu, Suraxanı və Xəzər rayonlarının bir hissəsini içməli su ilə təmin edən, Maştağa nasos stansiyasından Ramana istiqamətində çəkilmiş 800 mm diametrli magistral su xəttində qəza baş verib. “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata görə, qəzanın aradan qaldırılması işlərinin həyata keçirilməsi ilə əlaqədar 28 fevral və 01 mart 2014-cü il tarixlərində Xəzər, Sabunçu və Suraxanı rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir. Qeyd edək ki, qəza magistral su xəttinin Yeni Ramana yaşayış massivindən keçən hissəsində baş verib. Qəza haqqında məlumat daxil olduqdan dərhal sonra əraziyə baxış keçirilmiş və məlum olub ki, magistral kəmərin mühafizə zolağında fərdi yaşayış evləri tikilib. Buna görə də qəzanın aradan qaldırılması üçün əraziyə texnika cəlbində ciddi çətinliklər mövcuddur. Kəmərin sağ və sol hissələri tamamilə zəbt olunduğundan texnikanı yalnız kəmərlərin üzəri ilə əraziyə cəlb etmək mümkündür. Bu isə kəmərin digər hissələri üçün əlavə təhlükə yaradır. “Azərsu” ASC bir daha bəyan edir ki, magistral su kəmərlərinin mühafizə zolağında fərdi yaşayış evi, kommersiya obyektləri və digər tikililərin inşası yolverilməzdir. Fərdi yaşayış evi və ya kommersiya obyektlərinin tikintisi zamanı ərazilər seçilərkən kommunal infrastruktur şəraiti düzgün qiymətləndirilməli, tikinti işlərinin aparılması üçün müvafiq dövlət qurumlarından, o cümlədən kommunal xidmət müəssisələrindən müvafiq rəy alınmalıdır.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol