• $
  • €
  • ₽
  • ₺
  • £

Qızılcanın kəskin mərhələsi hansı dövr olduğu açıqlanıb

Qızılcanın kəskin mərhələsi hansı dövr olduğu açıqlanıb
13.12.2023 15:29
Qızılcanın ən kəskin mərhələsi səpkilər olan mərhələsində başlayır. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova deyib. 
 
"Bu virus yüksək yolxuculuğa malikdir. Qızılca kəskin respirator infeksiyaların simptomları ilə oxşarlıq təşkil edir. Kliniki gedişatına görə kataral, səpki və piqmentasiya dövrünə bölünür. Kataral dövr 4-5 gün çəkir. Bu zaman yüksək hərarət, boğaz ağrısı, halsızlıq və digər hallar müşahidə olunur. Səpkilər qırmızı və xırda ölçülü olur və baş-boyun nahiyəsindən başlayaraq digər yerlərə yayılır. Piqmentasiya dövründə artıq səpkilərin qəhvəyi rəngə çevrilir və qabıqlanma dövrü başlayır. Bu proses də təxminən 8-10 gün çəkir. Piqmentasiya dövründə demək olar ki, yoluxucu funksiya daşımır", - o bildirib.
 
Ekspertin sözlərinə görə, qızılca peyvəndi ilə ömürlük bu virusdan qorunmaq olar.
 
"Peyvənd 1 və 6 yaşında iki doza olmaqla vurulur. Qızılca peyvəndinin hər iki dozasını vurmayanlar isə dozalar arasında 4 həftə olmaqla vurdura bilər. Hər iki doza qızılca peyvəndinin vurulması insan orqanizmini 97 % xəstəlikdən qoruyur. Bu o deməkdir ki, bununla qızılcadan ömürlük qorunmaq olar”, - İsmayılova əlavə edib.
 
Səhiyyə Nazirliyinin son açıqlamasına görə Azərbaycanda qızılcaya yoluxanların rəsmi sayı 284 nəfərdir. 
 
Son 1 ay ərzində ölkədə qızılcadan ölən uşaqların sayı 5 nəfər təsdiqlənib. 
 
Noyabrın 30-da ÜST-ün Azərbaycan nümayəndəliyi əhalini penvənd olunmağa çağırıb. 
 
Ümümdünya Səhiyyə Təşkilatının son statistikasında 2021-ci illə müqayisədə ötən il qlobal miqyasda qızılcaya yoluxma hallarının sayı 18 %, ölüm hallarının sayı isə 43 % artıb.
 
Bildirilib ki, 2021-ci illə müqayisədə ötən il qlobal miqyasda qızılcaya yoluxma hallarının sayı 18 %, ölüm hallarının sayı isə 43 % artıb.
 
Səhiyyə Nazirliyi açıqlama yayaraq qeyd edib ki, epidemioloji vəziyyəti nəzərə alaraq, ölkə ərazisində orta və yaşlı əhalinin profilaktikası məqsədi ilə vaksinasiyası üçün peyvənd (Qızılca-Parotit-Məxmərək) tətbiq olunacaq. 
 
Aygün Mirakif 


 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol