• $
  • €
  • ₽
  • ₺
  • £

Ucarda yağış suları evlərə dolub, sakinlərə külli miqdarda ziyan dəyib

Ucarda yağış suları evlərə dolub, sakinlərə külli miqdarda ziyan dəyib
13.12.2023 22:59
Ucar rayonunun Oğuz küçəsində yağış suları evlərə dolub.

Bu barədə "Report”a sakinlər bildiriblər.

Onların sözlərinə görə, yağış suları damlardan evlərə dolur. Sakinlər bildiriblər ki, hələ bir neçə il əvvəl həyətyanı evlərin şiferləri qırmızı örtüklərlə (ondulin-red) əvəzlənib. Bir müddət sonra yeni örtüklər sıradan çıxıb.

İki gündür yağan yağışın suları damlardan evlərə dolaraq evlərə maddi zərər vurub.

"Günorta gün çıxanda örtük əriyir, yağış yağanda da həmin boşluqlardan su tavana tökülür. Artıq neçə ildir evə vanna, vedrə qoyuruq ki, su ora axsın. Evlərimiz rütubətlidir. Bizim evlərin əvvəlki şiferləri yaxşı vəziyyətdə idi. Problem yeni örtüklərdən sonra yarandı”, - sakin Sevda Musayeva bildirib.

Sakinlər bildirirlər ki, evlərin dam örtüklərinin şiferlə əvəzlənməsi lazımdır:
"Bu isə xeyli miqdarda maddi vəsait tələb edir. Elə qonşularımız var, yağış sularının damması səbəbindən evləri yararsız vəziyyətə düşüb. Divar kağızları qopub. Bunlar bir yana, elektrik naqilləri də islanır. Bu da bizim üçün təhlükəlidir”, - S.Musayeva qeyd edib.

"Biz 2007-ci ildən bu problemdən əziyyət çəkirik. Hər dəfə yağış suları evlərimizə dolur”, - başqa sakin şikayətlənib.

Sakinlər bildiriblər ki, onlar problemlə bağlı dəfələrlə aidiyyəti orqanlara müraciət ediblər. Lakin nəticəsi olmayıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol