• $
  • €
  • ₽
  • ₺
  • £

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclası keçirilib
14.12.2023 20:03
Dekabrın 14-də Baş prokuror Kamran Əliyevin sədrliyi ilə Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti, sayca doqquzuncu iclası keçirilib.

Baş Prokurorluqdan verilən xəbərə görə, iclasda müvafiq dövlət orqanları nümayəndələri, aparıcı ali təhsil müəssisələri, ixtisaslaşmış akademiyaları, elm ocaqlarını təmsil edən görkəmli hüquqşünaslarla yanaşı, ölkəmizdə təcrübə mübadiləsi ilə səfərdə olan Rusiya Federasiyası Baş Prokurorluğunun nümayəndə heyəti də iştirak edib.

Giriş nitqi ilə çıxış edən Baş prokuror müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, mübariz xalqımızın dəstəyi ilə rəşadətli ordumuz tərəfindən ölkə suverenliyinin bütün ərazilərimizdə bərpa olunduğunu, üç rəngli bayrağımızın Xankəndi şəhərimizdə dalğalanması ilə əbədiyyət qazandığını, genişmiqyaslı quruculuq və yenidənqurma işlərinin artıq Xankəndi, Ağdərə, Əsgəran və digər yaşayış məntəqələrini əhatə etdiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.

Qeyd olunub ki, Qarabağda mövcud olmuş ali təhsil ənənələrinin davamı olaraq, ölkə başçısı cənab İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli sərəncamı ilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında "Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılıb. Əminliklə həmin universitetin bölgənin elm və təhsil mərkəzi olacağı, işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələblərinə uyğun regionda yüksəkixtisaslı kadrların hazırlığına öz layiqli töhfəsini verəcəyi bildirilib.

Daha sonra Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən hazırlanmış "Həkim səhvləri ilə bağlı məlumatlar üzrə istintaq-araşdırma təcrübəsi”, "Azərbaycan Respublikasının Prokurorluğunda kriminoloji proqnozlaşdırma metodologiyasına yanaşma” adlı vəsaitlərin təqdimatı həyata keçirilib.

Şura iclasının növbəti hissəsində istintaq-məhkəmə, eləcə də cinayət təqibindən kənar fəaliyyət təcrübəsindən irəli gələn aktual məsələlərin müzakirəsi aparılıb.

İclasın yekun hissəsində müxtəlif hüquqi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol