• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağda 9 su anbarı yenidən qurulacaq

Qarabağda 9 su anbarı yenidən qurulacaq
20.12.2023 13:04
Qarabağda ümumilikdə su ehtiyatlarının səmərəli istifadənin təmin edilməsi məqsədilə 9 su anbarının yenidən qurulması nəzərdə tutulub. Bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Riad Axundzadə bildirib.

Onun sözlərinə görə, Qarabağın ümumi su ehtiyatları 2.1 milyard kub metr həcmində dəyərləndirilir.

"Agentlik artıq bu istiqamətdə 5 ədəd - Xaçınçay, Suqovuşan, Köndələnçay-1, Köndələnçay-2 və Aşağı Köndələnçay su anbarlarının yenidən qurulması işlərinin son mərhələsindədir: "Anbarlar təmir ediləndən sonra bu suların anbarlarda toplanması və qənaətlə istifadə edilməsi əsas hədəflərimizdən biridir. Təxminən 30 ildir ki, Azərbaycan Qarabağ və Şərqi Zəngəzur vilayətlərinin su potensialından istifadə edə bilmir. Ölkəmiz yaxın gələcəkdə bu potensialdan yararlana biləcək",- qurum rəsmisi bildirib.
 
Dünya Bankının "Ölkənin İqliminə və İnkişafına dair hesabat”da qeyd olunub ki, illər üzrə və illərarası yağıntının gələcək meyillərinin necə olacağı ilə bağlı qeyri-müəyyənlik su anbarları infrastrukturunun əhəmiyyətini artırır. Bundan başqa, qeyd olunur ki, ölkədə anbarların məkana görə paylanması qeyri-mütənasib olaraq qalır.
 
Azərbaycanda ümumilikdə təqribən 52 000 km-lik suvarma kanallarının və təqribən 1000 nasoslama stansiyasının daxil olduğu su infrastrukturu böyük itkilərlə xarakterizə olunub.
 
Aytac Zeynalova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol