• $
  • €
  • ₽
  • ₺
  • £

Ədliyyə orqanlarına imtahan keçirilib

Ədliyyə orqanlarına imtahan keçirilib
20.12.2023 20:31
Ədliyyə orqanlarında insan resurslarının idarə edilməsi istiqamətində görülən tədbirlər çərçivəsində vakant olan vəzifələrin hazırlıqlı hüquqşünaslarla komplektləşdirilməsi məqsədilə dekabrın 20-də Dövlət İmtahan Mərkəzi ilə birlikdə növbəti test imtahanı keçirilib.

Test imtahanında iştirak üçün elektron qaydada qeydiyyatdan keçmiş namizədlərin yarıdan çoxu bölgələrin təmsilçiləri, təxminən yarısı əmək fəaliyyətinə ədliyyə orqanlarında başlamaq arzusunda olanlar, həmçinin qadınlardır.

116 hüquqşünasın iştirak etdiyi və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən izlənilən imtahanın nəticələrinə dair namizədlərə yerindəcə arayış təqdim olunub, tədbirin gedişi nazirliyin internet səhifəsi (www.justice.gov.az) vasitəsilə "online” rejimində birbaşa canlı yayımlanıb.

İmtahanın yekununa görə 65 nəfər müvəffəqiyyət qazanıb, onların siyahısı nazirliyin və DİM-in (www.dim.gov.az) internet səhifələrində yerləşdirilib.

Uğur qazanmış namizədlər müsabiqənin söhbət mərhələsində iştirak etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 gün ərzində, saat 9-dan 18-dək Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər. Kadr sənədlərinin siyahısını və müvafiq nümunələri nazirliyin internet səhifəsindən əldə etmək mümkündür.

Təqdim etdiyi sənədlərə görə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə buraxılacaq və onlarla fərdi qaydada söhbət aparılacaqdır. Söhbətin keçirilmə vaxtı və yeri barədə namizədlərə əvvəlcədən bildiriləcək.

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı yeni müsabiqə barədə əlavə elan veriləcək.

Aidiyyəti digər informasiyanı nazirliyin internet səhifəsində "Qulluğa qəbul” bölməsindən və (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə almaq olar.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol