• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil naziri bağçaları saxlama kameralarına bənzətdi

Təhsil naziri bağçaları saxlama kameralarına bənzətdi
28.02.2014 12:12
Hazırda uşaq bağçaları saxlama kameraları, yəni uşağa baxım müəssisəsi kimi qəbul edilir. ANS PRESS-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fondun məktəbəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatındakı çıxışında, məktəbəqədər təhsil sahəsində görülmüş müsbət işlərlə yanaşı, həllini gözləyən bir sıra problemlərin də mövcud olduğunu bildirib: "Bu problemləri 3 əsas hissəyə ayırmaq olar - məzmun, müəllim və infrastruktur. Məzmun dedikdə, hazırda uşaq bağçaları təhsil müəssisələrindən daha çox obrazla desək, saxlama kameraları, yəni uşağa baxım müəssisəsi kimi qəbul edilir. Uşağa qulluq, qidalanma və uşaqla vaxt keçirmə məsələləri tədris və tərbiyə komponentlərini kölgədə qoyub. Təbii olaraq, bu amil müəllim-pedaqoji kadrların hazırlığı ilə bilavasitə əlaqəlidir. Bu sahə günün tələblərindən geri qalır və vəziyyətin yaxşılaşdırılması nazirliyimizin prioritetlərindən biridir. Hazırda respublika üzrə məktəbəqədər təhsil müəssisələrində 14 min 614 pedaqoji işçi çalışır. Lakin son illərdə onların ixtisasının artırılması, müasir metodikalar üzrə təlimatlandırılması, kurrikulum əsasında hazırlanması müəyyən mənada unudulub".M.Cabbarov məktəbəqədər təhsilin müasir dünyada insanı şəxsiyyət kimi formalaşdıran bünövrə olduğunu qeyd edib. "O, təhsilin ilk və ən vacib pilləsi olmaqla uşaqların erkən yaş dövründən həmyaşıdları ilə ünsiyyət qurmaq, cəmiyyətə inteqrasiya olunmaq, təfəkkürün və ilkin həyati biliklərin yaranmasını, məktəb təliminə hazırlığı, təbiətə və insanlara həssas münasibətin formalaşmasını təmin edir. Bu mərhələdə uşağın aldığı biliklər onun gələcək təhsilə münasibətini və potensialını şərtləndirir". O, qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən aparılmış milli qiymətləndirmə tədqiqatları da sübut edir ki, məktəbəqədər təhsil müəssisələrinə getmiş şagirdlər ibtidai sinifdə daha yuxarı nəticələr göstərirlər. Lakin bəzi valideynlər məktəbəqədər təhsilin əhəmiyyətini kifayət qədər dərk etmir, övladlarını evdə tərbiyə etməyə üstünlük verirlər. Bu da uşaqları zəruri tərbiyə, təlim və inkişafyönümlü tədbirlərdən təcrid edir. "Təqdirəlayiq haldır ki, son illərdə bu sahədə müəyyən irəliləyişlərə nail olunmuş, məktəbəqədər təhsil müəssisələrində təlim şəraiti yaxşılaşdıqca, şəbəkə genişləndikcə valideynlərin də düşüncələrində müsbət dəyişikliklər baş vermiş, daha çox valideyn övladını məktəbəqədər təhsilə cəlb etməyə maraq göstərməyə başlayıb".ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol