• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda televiziya reklamları bazarı 30 faiz azalacaq

Azərbaycanda televiziya reklamları bazarı 30 faiz azalacaq
23.12.2023 14:35

Azərbaycanda medianın texnologiya baxımdan təkamülü, bununla da iqtisadi cəhətdən uğurlu inkişafı üçün zəruri olan rəqəmsal inkişaf və transformasiya bir sıra mühüm şərtlərə bağlıdır. Həmin şərtlər arasında audiovuzual sahədəki iqtisadi proseslərin başlıca hərəkətverici amili olan keyfiyyətli xəbər istehsalı, həmçinin əqli mülkiyyət hüququnun qorunması mühüm əhəmiyyət daşıyır.

"Report" xəbər verir ki, ölkədə televiziya tamaşaçıları arasında keçirilən son araşdırmalara əsasən, əhalinin 76 faizi peyk siqnalı vasitəsilə qəbul edilən kanallara baxır, 15 faizi kabel televiziyalarının, 4 faizi isə İPTV abunəçisidir, 3 faizi də yerüstü rəqəmsal yayımlara tamaşa edir.

Digər tərəfdən qanunsuz fəaliyyət göstərən OTT platformları üzərindən televiziyaya baxanların sayı 18 faizə çatıb, bölgələrdə sürətli internet yayıldıqca bu rəqəm daha da artacaq. Hazırda ölkə boyu qanunsuz televiziya yayımlarının fəal istifadəçilərinin sayı 300 mindən artıqdır. Qanunsuz yayımlanan internet saytlarının, OTT platformlarının (o cümlədən müxtəlif cihazlara yüklənmiş olanlar) istifadəçilərinin çoxalması orada müxtəlif reklamların yerləşdirilməsi, əslində qanunsuz reklam bazarının təşəkkülü deməkdir.

Rəsmi yayımlanan telekanallardakı reklam məzmunlarından fərqli olaraq yeni platformlar yayımlarına tamaşa edənlərə dair statistik rəqəmlər açıqlayır, habelə məşhur xarici kanallarda reklam yerləşdirmək üçün əlverişli şərtlər təqdim edirlər. Əvvəllər qanunsuz yayımlanan saytlarda bukmeyker tətbiqlərinin reklamı gedirdisə, bu gün qanunsuz OTT platformları tərəfindən teleyayım əsnasında əmtəə və xidmət reklamı formatı təklif edilir.

Rəqəmli və Audiovizual Yayım Sənayesi İctimai Birliyinin proqnozlarına görə, təcili tədbirlər görülməsə, rəsmi yayımlanan telekanallardakı reklam bazarının həcmi 2022-ci ildəki 42 milyon manatdan 2024-2025-ci illərdə 30 milyon manatadək, yəni 28,6 faiz geriləyəcək:

"Yaranmış vəziyyətin iqtisadi, habelə siyasi təhlükə mənbəyinə çevrilməsi göz qabaqında olsa da, teleməkandakı qanunsuz fəaliyyətlərə qarşı tədbir görmək səlahiyyətinə malik aidiyyatı dövlət qurumları təsirli addım atmırlar. Həmçinin kiber təhlükəsizliyinə məsul olan qurumlar tərəfindən də teleyayım sahəsinin təhlili yoxdur.

Qanunsuz platform istifadəçiləri risq qrupuna aiddirlər. Burada dövlət üçün aşağıdakı təhlükələr qarşımıza çıxır: qanunsuz internet platformalarından rəsmi telekanalların yayımının pozulması, lisenziyasız fəaliyyət göstərən bukmeyker platformlarının, digər qadağan olunmuş əmtəə və xidmətlərin reklamlarının rəsmi yayıma yeridilməsi, istifadəçi qurğuların virus və zərərli proqramlar vasitəsilə sıradan çıxarılması".

İctimai Birliyin məlumatına görə, qanunsuz platformların fəaliyyəti Azərbaycanın nəinki televiziyalarına, bütövlükdə media sektorunun inkişafına dağıdıcı ziyan vura bilər.

"Odur ki, aidiyyatı səlahiyyətli qurumlar media bazarında, xüsusilə də teleyayım sahəsindəki nəzarət tədbirlərini artırmalıdır", - Rəqəmli və Audiovizual Yayım Sənayesi təşkilatından bildirilib.

OTT - Over the Top: internet üzərindən video xidmətlər göstərilməsi şəkli, provayderdən istifadəçinin qurğusuna şəbəkə vasitəsilə siqnalın ötürülməsini ehtiva edir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol