• $
  • €
  • ₽
  • ₺
  • £

“AZERCELL CUP” qaliblərinin mükafatlandırma tədbiri keçirildi

“AZERCELL CUP” qaliblərinin mükafatlandırma tədbiri keçirildi
26.12.2023 15:05
Lider mobil operator istedadlı gəncləri kəşf etməyə və dəstəkləməyə davam edir

"Azercell Telekom” MMC və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil edilən "AZERCELL CUP” müsabiqəsinin qalibləri mükafatlandırılıb. 1000-dən çox 6-8-ci sinif şagirdlərinin qatıldığı müsabiqədə informatika fənni üzrə xüsusi bilikləri ilə fərqlənərək birinci, ikinci və üçüncü yeri qazanan 30 iştirakçı lider mobil operator tərəfindən medal, sertifikat və dəyərli hədiyyələrlə təltif edilib. 

Təhsil İnstitutunun əməkdaşları, məktəbliləri olimpiadalara hazırlayan müəllim heyəti və təlimlərdə fəal iştirak edən nüfuzlu universitetlərin tələbələri də tədbirdə iştirak ediblər. 

"AZERCELL CUP” müsabiqəsinin əsas məqsədi rəqəmsal texnologiyalara, informatika elminə, kompüter mühəndisliyi və proqramlaşdırmaya marağı olan məktəblilərə dəstək olmaq, onların fərdi və elmi inkişafına töhfə verməkdir. Yüksək nəticələr göstərən iştirakçılar Təhsil İnstitutu tərəfindən təşkil edilən Beynəlxalq Olimpiadalara hazırlıq mərkəzində keçirilən hazırlıq proqramlarında iştirak etmək imkanı qazanıb, onlardan bəziləri isə ölkəmizi ötən təqvim ilində bir sıra  beynəlxalq müsabiqələrdə təmsil ediblər.

2017-ci ildən etibarən Azercell Telekom-un dəstəyi ilə beynəlxalq olimpiadalara hazırlıq keçən məktəblilərimiz ölkəmizi müxtəlif miqyaslı beynəlxalq olimpiadalarda uğurla təmsil edərək 3 qızıl, 14 gümüş və 37 bürünc olmaqla ümumilikdə 54 medal əldə ediblər. 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol