Gürcüstanda 4,1 bal gücündə zəlzələ olub

Gürcüstanda 4,1 bal gücündə zəlzələ baş verib. Bu barədə Gürcüstanın Seysmik Monitorinq Milli Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 08:58-də 4,1 maqnitudalı yeraltı təkanlar Dmanisi şəhərindən 9 kilometr, Tbilisidən 53 kilometr məsafədə qeydə alınıb.
Zəlzələ ocağı 6 kilometr dərinlikdə yerləşib. Dağıntı qeydə alınmayıb.
www.anews.az























