• $
  • €
  • ₽
  • ₺
  • £

Gülər Əhmədovanın ayağı tutuldu

Gülər Əhmədovanın ayağı tutuldu
27.02.2014 17:30
Sabiq millət vəkili, hazırda həbsdə olan Gülər Əhmədovanın vəziyyəti yenidən pisləşib.Qaynar.info xəbər verir ki, bu barədə Movqe.az-a Gülər Əhmədovanın vəkili Əfsər Talıbov məlumat verib. Ə.Talıbov bildirib ki, G.Əhmədova sabah yenidən ultrasəs (UZİ) müayinəsindən keçiriləcək: "Sol ayağı tamamilə tutulub, yeriyə bilmir. Təcridxananın tibb məntəqəsinin həkimləri sabah ciyərlərini də müayinədən keçirəcəklər. Səhhəti günü-gündən pisləşir. Gözündə də problem yaranıb, əsmə var. Akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutundan həkim dəvət edilib. Sabah yenidən G.Əhmədovanı müayinə edəcəklər".Ə.Talıbov əfv üçün hələ ki, müraciət edib-etməyəcəklərini müzakirə etmədiklərini söyləyib. Vəkil bildirib ki, sabah G.Əhmədova ilə görüşəcək: "Sabah müayinədən sonra onun səhhəti ilə bağlı hansı qərar veriləcəyi açıqlanacaq".Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində G.Əhmədovanın 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm oxunub. Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra G.Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G.Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb. G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol