• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda əmək kitabçaları ləğv ediləcək

Azərbaycanda əmək kitabçaları ləğv ediləcək
27.02.2014 14:50
Azərbaycanda yaxın günlərdə elektron müqavilələrin rəsmiləşdirilməsinin e-sisteminin tətbiqinə başlanacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.Nazir deyib: "Bütün lazımi proqram təminatları artıq hazırdır. Habelə biz hazırda icra hakimiyyəti orqanları ilə razılaşdırma mərhələsində olan müvafiq qaydaların işlənməsini başa çatdırmışıq".Onun sözlərinə görə, bu sistemin tətbiqi ilə Azərbaycanda əmək kitabçaları ləğv ediləcək: "Bu, bütün sivil dünyada hamı tərəfindən qəbul edilmiş praktikadır ki, onun çərçivəsində əmək kitabçalarının yerini elektron bildirişlər tutacaq".S.Müslümovun sözlərinə görə, işə qəbul və əmək müqavilələrinin hazırlanması zamanı bütün müvafiq informasiya real vaxt rejimində və elektron formada daxil olacaq.Azərbaycanın Əmək Məcəlləsinə edilmiş dəyişiklərə görə, əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə daxil edilən elektron sənəddir.Düzəlişlərə görə, əmək münasibətləri əmək müqaviləsi bağlandığı andan deyil, elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranacaq.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Cəmiyyət 10:20
Azərbaycanda iki gündə 83 cinayət açılıb - DİN
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
Cəmiyyət 10:03
Qadın sürücülərin sayı artır, kişilərin sayı azalır - statistika
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol