• $
  • €
  • ₽
  • ₺
  • £

Naxçıvanda qızılcaya qarşı peyvəndə başlanılıb

Naxçıvanda qızılcaya qarşı peyvəndə başlanılıb
12.01.2024 20:51
Naxçıvan Muxtar Respublikasında qızılcaya qarşı peyvəndə başlanılıb.

"Report” xəbər verir ki, könüllü aparılan peyvəndləmə 11-40 yaşlı şəxsləri əhatə edir.

Qeyd olunan əhali qruplarının vaksinasiyası üçün yaşayış yerləri üzrə uşaq və yaşlı qrupa aid əhaliyə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edilməsi tövsiyə olunur. 11-40 yaşlı əhali qruplarının yoluxmadan müdafiəsi üçün bir dəfə vaksinasiya olunması nəzərdə tutulub.

Babək Rayon Mərkəzi Xəstəxanasının infeksionisti Vüsalə Səfərova bildirib ki, 2023-cü ilin payız mövsümü başlayandan qızılca xəstəliyinə yoluxma halları davam edir: "Qızılca xəstəliyinə yoluxma əsasən peyvənd -vaksinasiyadan kənar qalan əhalidə müşahidə olunur. Buna görə də profilaktik tədbirlər həyata keçirilir. Profilaktik tədbirlər çərçivəsində peyvənd təqviminə uyğun olaraq 10 yaşa qədər uşaqlar arasında aparılan vaksinasiya ilə yanaşı 11-40 yaş arası əhali arasında da vaksinasiyaya başlamışıq. Məqsəd yoluxma hallarının və xəstəliyin ağırlaşmasının qarşısının alınmasıdır”.

Şahbuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Coşqun Babayev isə deyib ki, qızılca, məxmərək peyvəndi ilə yanaşı, həm də mövsümi qrip əleyhinə peyvənd vururlar: "Gün ərzində 30-a yaxın vətəndaşımız peyvəndə gəlir. Qızılca xəstəliyi azyaşlılar arasında tək-tək olsa da var. Peyvənd təqviminə uyğun olaraq azyaşlılar qızılcaya qarşı peyvəndlənir”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol