• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ölkələr Rusiya ilə "müdafiə xətti" yaradır

Bu ölkələr Rusiya ilə "müdafiə xətti" yaradır
19.01.2024 21:21
Estoniya, Latviya və Litva şərq sərhədləri boyunca "müdafiə xətti” yaradır. Bu barədə Baltikyanı ölkələrin müdafiə nazirləri Riqada keçirilən görüşdə razılığa gəliblər.
Razılaşmada nəzərdə tutulur ki, yaxın illərdə Estoniya, Latviya və Litva öz sərhədlərində müxtəlif müdafiə strukturları inşa edəcəklər, onların məqsədi "hərbi təhlükələrdən çəkindirmək və lazım gələrsə, müdafiə etmək” olacaq.

"Rusiyanın Ukraynadakı müharibəsi göstərdi ki, Estoniyanı qorumaq üçün sərhəddə texnika, sursat və canlı qüvvə ilə yanaşı, müdafiə strukturlarına da ehtiyac var", -  Estoniyanın müdafiə naziri Hanno Pevkur bildirib və əlavə edib ki, müdafiə strukturlarının məqsədi hərbçilərin qarşısını almaq olacaq.
Postimess-in məlumatına görə, Estoniya şərq sərhədi boyunca təxminən 600 beton bunkerdən ibarət müdafiə xətti inşa edəcək. Güman edilir ki, bunkerlər hərbçiləri düşmən atəşindən və mərmi parçalarından qoruyacaq. Hər biri 10 nəfər üçün nəzərdə tutulub. Bunkerin ölçüsü 30-35 kvadratmetr olacaq.

"Rusiya Estoniyanın təhlükəsizliyi üçün ən böyük təhdiddir və belə qalacaq. Ukraynadakı müharibə Rusiyanın hücum gücünü azaltdı, lakin müxtəlif hesablamalara görə, o, iki-üç il ərzində onu bərpa etməyə hazırdır. Biz Rusiyanın hücumuna hazır olmalıyıq”, - Estoniya Müdafiə Nazirliyinin vitse-kanslerinin müşaviri Kaido Tiitus bildirib.
 
Gülnar

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol