Pirşağıda 188 saylı tam orta məktəbində şagirdlər arasında kütləvi dava olub. Bu barədə Qafqazinfo məlumat verib.
DİN Mətbuat Xidmətinin inspektoru, polis kapitanı Nurlan Əliyev bildirib ki, dava olması barədə daxil olan müraciət əsasında ərazi üzrə polis orqanında təhqiqat araşdırması başlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib.
www.anews.az