Azərbaycan ordusunun mövqeləri atəşə tutulub

Ermənistan silahlı qüvəlləri Azərbaycan ordusunun mövqelərini atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan ordusunun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
www.anews.az
























