• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisdə nurçu qalmaqalı

Milli Məclisdə nurçu qalmaqalı
25.02.2014 12:52
"Azərbaycan parlamentinin 20 üzvünün nurçularla əlaqəsi olduğunu deyirlər. Bu yanlışdır. Onlar burda ancaq təhsil prosesinə xidmət edir. Konkret başqa iddiaları yoxdur”. Bunu parlamentin bu günki iclasında deputat Zahid Oruc deyib. Onun sözlərinə görə, son günlər Azərbaycan parlamentinə yönəldilmiş bir mövzu süni şəkildə gündəmə gətirilir: “Son dövrlər Türkiyənin həyatında böyük hadisələr olur. Bu da aydındır. Çünki Türkiyə böyük və regional dövlətdir.Onların camaatla olan problemlərini Azərbaycana keçirmək kimi niyyətlər var". Parlamentin spikeri Oqtay Əsədov isə millət vəkilinə müraciət edərək nə üçün həmişə süni, şər məsələsini parlamentdə qaldırdığını sual verib. "Bu parlamentdə danışalası məsələ deyil".Daha sonra Z.Oruc bildirib ki, ötən illər ərzində Xocalı faciəsini dərk etmək və xocalıların ağrılarını aradan qaldırılması üçün dövlət yüksək səviyyədə işlər görüb."Bu sistemli bir iş kimi beynəlxalq miqyasda tanınmağa doğru gedir. Bu bir tərəfdən saxta erməni soyqırımına dirəniş göstərmək üçün ən mühüm hadisədir".

Fazil Mustafa isə Xocalı soyqırımının dünyaya tanıdılması ilə bağlı təkliflər irəli sürüb.

Deputat bildirib ki, Avropa Şurasınnda təbliğatı düzgün qurulmalıdır. "Məsələn, PKK terrorçuları oradakı parlament qarşısında durub Abdulla Öcalanın azad olunması ilə bağlı vərəqələr paylayırdılar. Onu oxumasalar belə alırlar və hadisə xatırlanır. Biz də belə edə bilərik. Bundan başqa Xocalı faciəsinin ildönümünə az qalmış səfirliklər vasitəsilə bütün ölkələrin nazirliklərinə, baş nazirinə, prezidentinə məktublar göndərə bilərik”.Millət vəkili Azərbaycan və Türkiyənin birgə hərəkət etməli olduğunu bildirib. Fazil Mustafa Nuru Paşanın Gəncədəki evinin qarşısında baralyefinin qoyulmasını da təklif edib.//Anspress
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol