• $
  • €
  • ₽
  • ₺
  • £

Bəxtiyar Hacıyevin həbsdən müraciəti yayılıb

Bəxtiyar Hacıyevin həbsdən müraciəti yayılıb
19.02.2024 12:10
İctimai fəal Bəxtiyar Hacıyev Rusiyanın həbsdə olan ana müxalifətinin lideri Aleksey Navalnının qəfil ölümü ilə bağlı həbsdə müraciət hazırlayaraq, sosial şəbəkələrdə yayılması məqsədilə "Müdafiə Xətti”nə göndərib”. Bu barədə "Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov facebook sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, Aleksey Navalnının qəfil ölümü dünyanın hər tərəfində azadlıq ,ədalət və demokratiya uğrunda mübarizə aparan səxslər kimi onu da  dərindən sarsıdıb.
 
"Onun ailəsinə, yaxınlarına və komanda üzvlərinə başsağlığı verirəm. Eyni zamanda, Ursula fon der Lyayen kimi bəzi Qərb rəsmilərini həm avtoritar rejimlərlə mübarizə cəsarəti göstərən siyasi məhbusların azadlığının və təhlükəsizliyinin qorunmasına çağırış etməsi, həm də jurnalistlərin, hüquq müdafiəçilərinin, ictimai fəalların həbslərdə ağır şəraitdə saxlanmalarına səssiz qalaraq bu avtoritar rejimləri "etibarlı tərəfdaş” adlandırması ükiüzlülüyünə son verməyə çağırıram. Heç kim zəmanət verə bilməz ki, Rusiyadakı faciə və qətl başqa avtoritar ölkələrdə təkrarlanmayacaq. Navalnının ölümündə Kreml hərəkətlərinə görə məsuliyyət daşıdığı qədər Qərb liderləri də hərəkətsizliyinə görə mənəvi məsuliyyət daşıyırlar!”,- müraciətdə bildirilib.
 
Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq) , 289.1 (məhkəməyə hörmətsizlik etmə), 192 (qanunsuz sahibkarlıq) , 193-1 (cinayət yolu ilə əldə edilmiş pulvəsaitlərini və ya digər əmlakı leqallaşdırma) , 320.1 (rəsmi sənəd saxtalaşdırma) , 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham olunur.

ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb edib.
 
Aytac

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol