Bakıda yaşayış binasında yanğın olub, bir nəfər tüstüdən zəhərlənib

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Bu barədə FHN məlumat yayıb.
Binanın 4-cü mərtəbəsində ümumi sahəsi 75 m² olan 2 otaqlı mənzilin mətbəxində tavan 6 m² sahədə, mebel 4 m² sahədə, 1 ədəd qapı və 4 ədəd məişət avadanlığı yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 8 nəfər bina sakini tüstülənmiş mənzillərdən təxliyə olunub və 1 nəfər tüstüdən zəhərlənmiş halda təcili tibbi yardım briqadasına təhvil verilib.
Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.www.anews.az
Son xəbərlər 
Daha çox 























