• $
  • €
  • ₽
  • ₺
  • £

Moskvadakı terrorda 100-dən çox insanı xilas edən AZƏRBAYCANLI

Moskvadakı terrorda 100-dən çox insanı xilas edən AZƏRBAYCANLI
25.03.2024 18:56
"Crocus City Hall”da törədilən terror aktı zamanı Azərbaycan vətəndaşı 100-dən çox insanı xilas edib. Belə ki, ofisiant Kamil Nəsibov zərərçəkmişləri sürüyərək təcili yardım maşınlarına çatdırıb, 80-ə yaxın insanı binanın çıxışına aparıb. O, təsadüfən fənəri yandırılmış telefonu tapıb və ona zəng edən zərərçəkmiş qız alovların içərisindən sağ çıxarılıb.Bu barədə Azərtac məlumat verib.
 
Kamil Nəsibov faciə günü dostu ilə birlikdə "Crocus City Hall"da yarımştat ofisiant işləyirmiş.
 
"Növbə 19:55 radələrində başa çatdı. Onlar bayıra çıxdılar və haray səsləri eşitdilər. Kamil və dostu qorxaraq ən yaxın binaya qaçdılar. Ancaq sonra qayıtmaq qərarına gəldilər. Kamil güllə yarası almış bir neçə nəfəri yolun kənarına sürüyüb, maşını əyləcləyib axsayan qadını içəri salıb, konsertə gecikənlərin hamısını xəbərdar edib. O, binanın qapılarını sındıraraq insanlara hara qaçacaqlarını göstərib. Artıq tüstü dumanı yayılanda, aşağı mərtəbədəki dəhlizlərin birində bir qrup insanı, 80-ə yaxın adamı görüb və onlara bayıra çıxmağa kömək edib.
 
İnsanları axtara-axtara qaçarkən, Kamil yerdə fənəri yanılı smartfona rast gəlir və yolu işıqlandırmaq üçün onu götürür. Telefon zəng çalır - ekranda "Kamilla” adı yazılmışdı, bir qız yüksək səslə, haray çəkərək onu xilas etməyi xahiş edirdi. O, qorxurdu və deyirdi ki, ətrafdakı hər şey yanır, özü də ikinci mərtəbədəki bir yerə yıxılıb. Həmin an Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının yanında olan Kamil hər şeyi onlara izah edib və sonra onun özünü güclü tüstüdən boğulan vəziyyətdə binadan çıxarıblar. Xoşbəxtlikdən, həmin qız tapılıb, Kamil daha sonra xilasedicilər vasitəsilə ona telefonunu qaytarıb”, - məlumatda deyilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol