• $
  • €
  • ₽
  • ₺
  • £

Hafiz Babalı və Ruslan İzzətli ev dustaqlığına buraxılmayıb

Hafiz Babalı və Ruslan İzzətli ev dustaqlığına buraxılmayıb
06.04.2024 20:14
Bakı Apellyasiya Məhkəməsi Respublika III Platformasının İdarə Heyətinin üzvü Ruslan İzzətlinin ev dustaqlığına buraxılması barədə apelyasiya şikayətini təmin etməyib. By barədə onun vəkili Toörul Cəfərov bildirib.

"İzzətlinin həbsdə saxlanması üçün prosessual əsaslar olmadığına görə aprelin 2-də onun ev dustaqlığına keçirilməsi ilə bağlı vəsatət vermişik. Lakin vəsatət təmin edilməyib. Biz bu qərardan apellyasiya şikayəti verdik. Amma bu gün apellyasiya məhkəməsi bu qərarı qüvvədə saxlayıb”, - Cəfərov deyib. 

İzzətli ona qarşı irəli sürülən ittihamları rədd edir.

Toplum TV-nin həmtəsisçiləri Akif Qurbanov, Ələsgər Məmmədli, kanalın əməkdaşları və III Platforma Respublika strukturunun üzvü Ruslan İzzətli məhkəmə tərəfindən 4 ay müddətinə həbs edilib. Onlar Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham olunurlar.

Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Hafiz Babalanın ev dustaqlığına buraxılması ilə bağlı şikayətə də baxılıb.

Hakim David Babayevin sədrliyi ilə keçirilən iclasda Xətai Rayon Məhkəməsinin hökmü qüvvədə  saxlanılıb.

Hafiz Babalıya qarşı Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq) maddəsi ilə ittiham irəli sürülüb.
 
Hafiz Babalı Turan İnformasiya agentliyinin müxbiridir. 
 
N.Təbrizli


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol