• $
  • €
  • ₽
  • ₺
  • £

Vardaryanın Nobel mükafatını almaq üçün namizədliyi irəli sürülüb

Vardaryanın Nobel mükafatını almaq üçün namizədliyi irəli sürülüb
08.04.2024 15:53
Separatçı rejimin saxta "dövlət naziri" Ruben Vardaryanın xeyriyyəçilik fəaliyyətinə görə 2024-cü il üzrə Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb. Bu barədə Ermənistan mətbuatı Vardaryanın ofisinə istinadan yazıb. 
 
Bildiriib ki, bu təklif  bir sıra siyasi və ictimai xadimlər tərəfindən irəli sürülüb. 

Vardanyanın namizədliyi təkcə Ermənistanda deyil, digər ölkələrdə də elmi, təhsil və humanitar proqramları ilə əlaqədar təklif olunub.

2023-cü il sentyabrın 27-də Azərbaycan Sərhəd Xidmətinin əməkdaşları Laçında Qondarma rejimin saxta nazirini Ermənistana gedərkən saxlayıb və Bakıya gətirərərək aiddiyatı quruma təhvil verdiklərini açıqlayıblar. 
 
Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanasında saxlanılan Ruben Vardanyana Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə  ittiham irəli sürülüb.

Vardaryan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100, 101-ci maddələrində nəzərdə tutulmuş "Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma” və "Təcavüzkar müharibəni başlamağa açıq çağırışlar” maddəsi ilə 15 il və ya daha çox həbs oluna bilər. 

Saxta nazir Qarabağdakı vəzifəsindən fevralda istefa verib. O bu vəzifəyə 2022-ci il gətirilmişdi. 

Forbes jurnalına görə, Vardanyanın 1 milyard dolları var. 2021-ci ilin sonuna sahibkar Rusiyanın 200 ən varlı iş adamı reytinqində 116-cı yeri tutub. 2020-ci ildə isə o, bu siyahıda 103-cü yerdə idi.
 
Gülnar Nazimqızı 
 
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol