• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət idarəsində 282 min manatlıq korrupsiya

Dövlət idarəsində 282 min manatlıq korrupsiya
19.02.2014 20:23
Dövlət Baytarlıq Xidmətində külli miqdarda korrupsiya faktı aşkar edilib. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Təsərrüfat Hesablı Baytarlıq Təchizatı Birliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb. Aparılmış araşdırmalarla qeyd edilən birliyin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2012-2013-cü illərdə baytarlıq apteklərində çalışan işçilərin adlarına olan əmək haqqı kartlarını özlərində saxlayaraq ümumilikdə 214.0 min manat məbləğində hesablanmış əmək haqlarını həmin kartlar vasitəsilə alaraq onlara külli miqdarda ziyan vurmalarında və digər qanun pozuntularına yol vermələrində, həmçinin Dövlət Baytarlıq Xidmətinin rəis müavini Cavid Hadıyevin xidmət tərəfindən müxtəlif işlərin yerinə yetirilməsi üçün birliyə ayrılmış pul vəsaitinin istifadəsi ilə əlaqədar dövlətə 68.0 min manat məbləğində ziyan vurmasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol