İmişlidə iki məktəblini elektrik cərəyanı vuraraq öldürüb

Bu gün İmişli şəhərində iki məktəblinin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
"Qafqazinfo” xəbər verir ki, hadisə İmişli şəhər Tofiq İsmayılov küçəsində yerləşən N.Şirinov adına 5 saylı texniki təmayüllü məktəb liseyin həyətində olub.
Hadisə 6 və 8-ci sinif şagirdi olan məktəblilər həyətdəki transformatorun yaxınlığında olarkən baş verib.
Cərəyan vuran 6-cı sinif şagirdi həmin məktəbdə oxuyurmuş. 8-ci sinifdə oxuyan digər yeniyetmə isə onlara qonaq gəlibmiş.
www.anews.az
Son xəbərlər 
Daha çox 























