• $
  • €
  • ₽
  • ₺
  • £

Tibb müəssələrində yenilik!

Tibb müəssələrində yenilik!
17.04.2024 19:16
Səhiyyənin rəqəmsallaşdırılması, informasiya texnologiyaları və idarəetmə sistemlərinin təmin olunması prioritet hesab edilən ölkəmizdə bütün sahələrin avtomatlaşdırılması Prezident İlham Əliyev tərəfindən vətəndaşların həyat keyfiyyətinin yüksəlməsinə, eləcə də ölkənin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına təsir edən amil kimi qeyd olunub.Bu barədə  "Qafqazinfo”ya TƏBİB-in İcarçı direktoru Vüqar Qurbanov bildirib.
 
ABŞ-nin "Səhiyyə İnformasiya və İdarəetmə Sistemləri Cəmiyyəti” (HIMSS) təşkilatı ilə əməkdaşlıq nəticəsində ölkədə ilk dəfə "HIMSS”in önəmli yetkinlik modulu hesab olunan "Elektron Tibbi Qeydiyyatın Qəbul Modulu” (EMRAM) üzrə VI səviyyə sertifikasiyanın tələblərinə uyğunluğu 2 il ərzində aparılan intensiv işlərin nəticəsidir.

Qurbanov vurğulayıb ki, bu, informasiya texnologiyaları və idarəetmə sistemlərindən effektiv istifadə etməklə səhiyyə xidmətinin keyfiyyətli, təhlükəsiz və səmərəli formada daim təkmilləşdirilməsinə görə təqdim olunan beynəlxalq sertifikatdır:

"Azərbaycanda, eləcə də Cənubi Qafqazda ilk dəfə olaraq Yeni Klinikanın timsalında bir tibb müəssisəsi bu təşkilata məxsus beynəlxalq dərəcəli sertifikat əldə etməsi bizim üçün, Azərbaycan səhiyyəsi üçün çox böyük uğurdur.
Bilirsiniz ki, bu gün dünyada xəstələrin və ümumilikdə bütün məlumatların təhlükəsizliyi ciddi tələb edilir. Xəstə məlumatlarının qorunması, onların kənara sızmaması, məlumatların təhlükəsizliyi ciddi tələblərdən biridir. Burada vacib olan odur ki, prosesin düzgün idarə edilməsi, xəstəyə təyin olunmuş müalicələrin düzgün həyata keçirilməsi ilə xəstəyə daha keyfiyyətli tibbi xidmətin təşkil olunmasına, xəstənin həm qidalanması, həm də dərman təminatının ən üst səviyyədə təşkil olunmasına, eləcə də xəstə məlumatının kənara sızmasının qarşısının alınmasına nail olunur. Bu, həm xəstələr, həm də tibbi personalın tam təhlükəsiz şəkildə fəaliyyət göstərməsi üçün bir sertifikatın əldə olunmasıdır”.

Səhiyyə sahəsində rəqəmsallaşma, tibdə innovativ texnologiyaların tətbiqi prosesinin sürətlə genişlənməsi, eləcə də TƏBİB tərəfindən bu istiqamətdə həyata keçirilən layihə və tədbirlər barədə məlumat verən Vuqar Qurbanov  bildirib ki, artıq TƏBİB tabeliyindəki xəstəxanalarda pasiyentlərin qeydiyyatı elektron formada aparılır.

Yeni Klinikanın HIMSS VI səviyyə sertifikatı almasını böyük nailiyyət adlandıran İcraçı direktor qeyd edib ki, bu sistem xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılmasına böyük töhfə verəcək.

Rusiya və Şərqi Avropada HIMSS attestasiyasından keçən cəmi iki klinika mövcuddur.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol