• $
  • €
  • ₽
  • ₺
  • £

Vardanyanın Bakı həbsxanasında aclıq aksiyasına başladığı deyilir

Vardanyanın Bakı həbsxanasında aclıq aksiyasına başladığı deyilir
19.04.2024 21:01
Bakıda həbsdə olan qondarma Dağlıq Qarabağ Respublikasının "dövlət naziri” olan Ruben Vardanyan aprelin 5-dən  aclıq aksiyasına başlayıb. Bu barədə onun oğlu David Vardanyan erməni mətbuatına açıqlamasında bildirib. 
 
Bu barədə məlumatı hansı mənbədən aldığını bildirməyən David Vardanyan bildirib ki,  atası özünün və onunla bərabər Bakıda həbsdə saxlanılan separatçı rejimin digər rəhbərlərinin işi ilə bağlı beynəlxalq hüquqa uyğun tez bir zamanda məhkəmə araşdırmasına başlanılmasını onların azadlığa buraxılmasını tələb edir.
 
"Mən atamın səhhəti üçün ciddi  narahatam. Ailəmiz 200 günə yaxındır ki, onu görmür. O, aprelin 5-də aclıq aksiyasına başladıqdan sonra onunla bütün əlaqəmiz kəsilib”, - Vardanyanın oğlu David bildirib.

Vardanyanın ailəsi Azərbaycan hakimiyyətindən Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin atası ilə görüşünə icazə verməsini tələb edib.

2023-cü il sentyabrın 27-də Azərbaycanın sərhəd xidməti Ruben Vardanyanı Qarabağdan Ermənistana qaçmaq istəyərkən saxlayıb və barəsində  həbs qətimkan tədbiri seçilib.
 
Vardanyan bir neçə maddə üzrə, o cümlədən terrorçuluğu maliyyələşdirmə, qanunsuz silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirakda ittiham olunur. Onu 14 ilə qədər həbs gözləyir.

Ruben Vardanyan "Troyka Dialoq” investisiya şirkətinin keçmiş sahibi, Skolkovo biznes məktəbinin təsisçisidir. O, Forbes jurnalına görə, Rusiyanın ən varlı adamları siyahısına daxil edilib.
 
2022-ci ilin sentyabrında Vardanyan Rusiya vətəndaşlığından imtina edib və Xankəndinə gələrək separatçl rejimə rəhbərlik etməyə başlayıb.  O, 2022-ci ilin noyabrından 2023-cü ilin fevralına kimi qondarma Dağlıq Qarabağ Respublikasının hökumət başçısı olub.
 
Vardanyanın oğlu bildirib ki, "onun yanvarda gözlənilən məhkəməsi maya  təxirə salınıb”.

Hazırda Vardanyan, qondarma rejimin keçmiş "liderləri” ilə birlikdə Bakıda həbsdədir. Ruben Vardanyana Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb.
 
Azərbaycanın hüquq mühafizə orqanları məsələyə hələlik münasibət bildirməyib. 
 
Xalidə Əliyeva

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol