Kürdə atası ilə batan uşağın meyiti tapılıb

12 aprel 2024-cü il tarixində Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batmış 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının meyiti tapılıb.Bu barədə FHN-dən bildirilib.
Zərdab rayonu Qoruqbağı kənd sakini Vaqif Süleymanov ailəsi ilə istirahət edirmiş. Bu zaman 6 yaşlı qızı Səma Kürə düşüb, atası isə onu xilas etmək istəyərkən boğulub. Səmanın atasının meyiti isə iki gün öncə tapılmışdı.
www.anews.az
Məlumata görə, azyaşlının meyiti çayın Zərdab rayonu, Qoruqbağı kəndinin ərazisindən keçən hissəsində, batdığı yerdən təqribən 3 km uzaqlıqda Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























