• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağ Universitetində təhsil alacaq bütün tələbələr kompüterlə təmin olunacaq

Qarabağ Universitetində təhsil alacaq bütün tələbələr kompüterlə təmin olunacaq
06.05.2024 16:33
Qarabağda Universitetində təhsil alacaq bütün tələbələrin  kompüterlə təmin olunması nəzərdə tutulub. Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. 

"Qarabağ Universiteti hər bir azərbaycanlı və hər bir azərbaycanlı təhsil işçisi üçün qürur mənbəyi olan bir layihədir. Texniki və menecment baxımından biz təxminən 10 ay ərzində ali təhsil müəssisəsi qurmaqdan danışırıq. Bu müddət ərzində ali təhsil müəssisəsi qurmaq özü özlüyündə çox ambisiyalı bir məqsəddir. Ümidvaram ki, bunun öhdəsindən gələ biləcəyik. Hazırda hər şey plana uyğun gedir və plandan geri qalmırıq. Bir neçə istiqamətdə iş aparılır. Əsas istiqamət infrastrukturun müvafiq hazırlıq səviyyəsinə gətirib çıxarılmasıdır. Orada tədris və yataqxana binaları müəyyən edilib. Həmçinin tələbələrin asudə vaxtlarını düzgün şəkildə keçirmələri üçün də işlər görürük", -  Azərbaycan müəllimi nazirə istinadla yazıb.
 
Fevralın 15-də Prezidentin ehtiyat fonundan Qarabağ Universitetinə 10 milyon manat vəsait ayrılıb. 

Qarabağ universiteti Xankəndində 1969 -ci il təhsis edilib. Prezidentin fərmanı ilə 2023-cü ilin noyabrın 28-də yenidən yaradılması qərarı verilib.

Noyabrın 30-da Elm və Təhsil naziri Emin Əmrullayev jurnalistlər üçün keçirilən brifinqdə bildirib ki, Xankəndində yerləşən Qarabağ universiteti 2024-cü ilin sentyabrında fəaliyyətə başlayacaq.
 
İlkin mərhələdə universitetdə  800-1000 tələbə təhsil alacaq.
 
İlk illərdə Qarabağ Universitetində tələbələr üçün güzəştlər edilməsi nəzərdə tutulur. 
 
Gülnar Nazimqızı 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol