• $
  • €
  • ₽
  • ₺
  • £

Vardanyanın həbs müddəti 5 ay uzadılıb - YENİLƏNİB

Vardanyanın həbs müddəti 5 ay uzadılıb - YENİLƏNİB
16.05.2024 15:12
Bakıda həbsdə olan qondarma Dağlıq Qarabağ Respublikasının "dövlət naziri” olan Ruben Vardanyanın həbs müddəti 5 ay uzadılıb. Bu barədə Səbail Rayon Məhkəməsində qərar verilib. 


Cinayət işi üzrə istintaqın aparıldığı Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin vəsatətinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına Səbail Rayon Məhkəməsində baxılıb.

 
11:12
Bakıda həbsdə olan qondarma Dağlıq Qarabağ Respublikasının "dövlət naziri” olan Ruben Vardanyanın həbs müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət olunub. Bu barədə Report xəbər verib.
 
Bildirilib ki, cinayət işi üzrə istintaqın aparıldığı Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin vəsatətinə Səbail Rayon Məhkəməsində baxılır.
 
Bundan öncə yanvarın 25-də onun həbs müddəti 4 aylıq uzadılıb. 

Erməni mətbuatında Ruben Vardanyan aprelin 5-dən  aclıq aksiyasına başladığı söylənilib.

2023-cü il sentyabrın 27-də Azərbaycanın sərhəd xidməti Ruben Vardanyanı Qarabağdan Ermənistana qaçmaq istəyərkən saxlayıb və barəsində  həbs qətimkan tədbiri seçilib.
 
Vardanyan bir neçə maddə üzrə, o cümlədən terrorçuluğu maliyyələşdirmə, qanunsuz silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirakda ittiham olunur. Onu 14 ilə qədər həbs gözləyir.

Ruben Vardanyan "Troyka Dialoq” investisiya şirkətinin keçmiş sahibi, Skolkovo biznes məktəbinin təsisçisidir. O, Forbes jurnalına görə, Rusiyanın ən varlı adamları siyahısına daxil edilib.
 
2022-ci ilin sentyabrında Vardanyan Rusiya vətəndaşlığından imtina edib və Xankəndinə gələrək separatçl rejimə rəhbərlik etməyə başlayıb.  O, 2022-ci ilin noyabrından 2023-cü ilin fevralına kimi qondarma Dağlıq Qarabağ Respublikasının hökumət başçısı olub.
 
Vardanyanın oğlu bildirib ki, "onun yanvarda gözlənilən məhkəməsi maya  təxirə salınıb”.

Hazırda Vardanyan, qondarma rejimin keçmiş "liderləri” ilə birlikdə Bakıda həbsdədir. Ruben Vardanyana Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb.
 
Aygün
 

 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol