• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda məktəbli qız Mikayıl Cabbarovdan kömək istəyir

Bakıda məktəbli qız Mikayıl Cabbarovdan kömək istəyir
16.02.2014 13:31

Səbail rayonu 7 saylı məktəbin XI sinif şagirdi Əminə Əmirxanlı təhsil naziri Mikayıl Cabbarova müraciət edib. 

“Salam Mikayıl müəllim. Məktubu sizə ünvanlayan Səbail rayonu 7 saylı məktəbin XI sinif şagirdi, eyni zamanda ABŞ-ın Kilgore Collegesinin tələbəsi Əminə Əmirxanlıdır. 2012-2013-cü illərdə 2 dəfə ingilis dili fənn olimpiadasında, 2012-2013-cü illərdə 2 dəfə də “Sabahın alimləri”  respublika musabiqəsində 1-ci yeri tutmuşam və qızıl medalla təltif olunmuşam. 

2012-ci ildə ABŞ səfirliyinin xətti ilə YLP iştirakçısıyam və ABŞ-ın Arizona Universitetində liderlik dərsləri almışam. İstanbulda keçirilən 23-cü Beynəlxalq MEF olimpiadasının iştirakçısıyam. İki dəfə Kiprdə təlimlərdə olmuşam. Gələcəyə baxış ABŞ-Azərbaycan forumunda SOCAR-dan seçilib valantyor kimi qatılmışam. 

2014 -cü il 5 fevral günü Dövlət Gənclər Mükafatı almışam. Dərs əlaçısıyam. Bu il də “Sabahın alimləri” III respublika müsabiqəsinə qatılmışam, XI sinif şagirdi olmaqla vaxtımın çoxunu bu işə sərf etdim. İşim dünyada kimsənin etmədiyi, heç yerdə çap olunmayan yeni bir işdir. Olduqca ciddi hazırlaşdım. Elmi rəhbəri Google-dən araşdırıb seçmişəm, olduqca tanınmış azərbaycanlıdır - Kamran Mahmudov. Biz hələ şəxsən görüşməmişik, bütün tapşırıqları, dərsləri “Skype”dən aldım. Amma proyektin sintez hissəsini BDU-nun ekoloji kimya və ətraf mühitin qorunması laboratoriyasında özüm şəxsən etmişəm. 

Bu gün haqsızlıq baş verdi və mən müsabiqədən kənarlaşdırıldım. Mənə bildirdilər ki, proyektim plagiatdır. Sizə əminliklə bildirirəm ki, mənim gördüyüm hissə plagiat deyil və dünyada heç yerdə çap olunmayıb. Mənə inanaraq bitərəf ekspert qrupu təyin etsəniz, görəcəksiniz ki, Shiff əsaslı kondensləşməsinə əsaslanan molekulyar açarlar mənə qədər heç bir ədəbiyyatda yoxdur. Mənim gördüyüm işdə 2 böyük yenilik budur: 

1-ci Şif əsaslı kondensləşmənin köməyi ilə izomerləşmə;

2-ci ion qarşılıqlı təsir hesabına izomerləşmə.

Mikayıl müəllim, sizin araşdırırmanıza cox ümid edirəm. Xahiş edirem Elmi Ekspertiza Komissiyası, yaxud bitərəf ekspert qrupu araşdırsın ki, göstərdiyim hissələrdə plagiat varmı?

Hörmətlə: Əminə Əmirxanlı”.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol