• $
  • €
  • ₽
  • ₺
  • £

STM-də “Qlobal çağırışlar və sosial elmlər” adlı dəyirmi masa keçirilib

STM-də “Qlobal çağırışlar və sosial elmlər”  adlı dəyirmi masa keçirilib
27.06.2024 10:24
Sosial Tədqiqatlar Mərkəzində   27 iyun 2024-cü ildə "Qlobal çağırışlar və sosial elmlər” mövzusunda dəyirmi masa keçirilib.
 
Tədbirdə STM-in idarə heyətinin sədri Zahid Oruc, millət vəkilləri Fazil Mustafa, Etibar Əliyev, Hikmət Məmmədov, Elşad Mirbəşiroğlu, Ceyhun Məmmədov, Elman Nəsirov, Bəhruz Məhərrəmov, AMEA-nın Fəlsəfə və Sosiologiya İnsitutunun direktoru İlham Məmmədzadə, ali məktəblərdən Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının müdiri Rəfail Həsənov, ADMİU-nun Sosial-siyasi elmlər kafedrasının müdiri Xaləddin Sofiyev  və digər aparıcı elm ocaqlarının nümayəndələri  iştirak ediblər.

Giriş sözündə tədbirin moderatoru Etibar Məmmədov müasir dövrdə hər bir cəmiyyətin qlobal çağırışlar qarşısında strateji hədəflərini müəyyən etməli olduğunu söylədi. STM-nin idarə heyətinin və  MM İnsan hüquqları komitəsinin sədri Zahid Oruc açılış nitqində qlobal çağırışlara cavab verərkən müasir elmi inkişafın vacibliyini vurğulayıb. O qeyd etdi ki,  müasir dünyada getdikcə sürətlənən sosial dəyişikliklər son illərdə yeni mərhələyə qədəm qoyur. Bəşəriyyətin qlobal çağırışları geniş və çoxşaxəli olmaqla ekologiya, energetika, sosial təminat  və müdafiə, demoqrafiya kimi uzunmüddətli strategiyalar tələb edən problemləri əhatə edir.

Millət vəkili Fazil Mustafa elmi-akademik  və tətbiqi tədqiqatların əhatə dairəsinin genişləndirilməsi, maarifləndirmə yolu ilə cəmiyyətin sosial biliyinin artırılması və dünyanın gələcəyi naminə kollektiv məsuliyyətinin inkişaf etdirilməsini tələbindən söz açdı. Professor İlham Məmmədzadə  müasir dövrdə sosial elmlərin metodoloji və ümumfəlsəfi aspektlərinə toxunub.

Tədbirdə Sosial Tədqiqatlar Mərkəzi tərəfindən tərcümə və nəşr edilən "Sosiologiyada əsas anlayışlar” (E.Giddens, F.Satton) kitabı təqdim edilib.
 
Azərbaycan dilində nəşrin redaktoru və tərcüməçilərindən biri, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Humay Axundzadə  məruzəsində qeyd etdi ki,  qlobal çağırışlar  həm  ictimai, həm də təbii  prosesləri əhatə etsə də, bu problemlərin uzunmüddətli həlli yolları, fəsadlarının qarşısının alınması  sosial elmlərin nailiyyətləri və potensialını tətbiq etməklə mümkündür.

Daha sonra tədbirdə iştirak edən millət vəkilləri qlobal və lokal problemlər həll yolları barədə görünən perspektivlərdən söz açıblar. Ali məktəbləri təmsil edən proseffor-müəllim heyəti təqdim edilən sosioloji terminlər lüğətinin sosial elmlər sahəsində təhsilin təkmilləşdirilməsi üçün vacibliyini, terminologiyanın geniş spektrini əhatə etməsi və ana dilimizdə təqdim olunan nəşrin müfəssəlliyini vurğulayıblar.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol