• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik rəsmisi ətrafa tullantı atanlara çağırış edib

Nazirlik rəsmisi ətrafa tullantı atanlara çağırış edib
01.07.2024 19:57
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova ətraf ərazilərə tullantı atanlara çağırış edib.Nazirlik rəsmisi bu haqda öz sosial şəbəkə hesabında paylaşım edib.

"Hər həftə sonu "Təmiz ölkəm” çağırışı ilə keçirdiyimiz təmizlik aksiyaları ilə sıralarımız genişlənir, bizi dəstəkləyənlər çoxalır. Birmənalı olaraq hamımız çox istəyirik ki, əhatəmizdə olan mühit tullantılarla çirkləndirilməsin, getdiyimiz yerləri təmiz görək. Təəssüf ki, bəzən istirahət etdiyimiz yerlərdə məyusedici mənzərələrlə qarşılaşırıq, hətta bir müddət əvvəl aksiyalar zamanı təmizlənmiş ərazilərdə yenidən tullantılarla rastlaşırıq. Tullantıların ətrafa atılmaması üçün dəfələrlə müxtəlif məzmunlu çağırışlarla vətəndaşlara müraciət etsək də, təsiredici məzmuna malik lövhələrin qoyulmasına da ehtiyac yarandığı qənaətindəyik. Fikirləşirik ki, bəlkə təmizlik aksiyasından sonra təmizlənmiş yerlərə çağırış motivli lövhələr yerləşdirək. Məsələn, "Biz təmizlədik, ayaq basdığın yeri sən də təmiz saxla!” məzmununda.
Niyyətimiz müxtəlif təsir vasitələrindən də istifadə etməklə ölkəmizdə ərazilərin təmizliyinə hər kəsin məsul olması öhdəliyini çatdırmaq, laqeydlərə düşünmək üçün fürsət verməkdir. Hər birimiz bu barədə düşünək bəlkə?”, - paylaşımda qeyd olunub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol