• $
  • €
  • ₽
  • ₺
  • £

Məcburi köçkünlərə növbəti dəfə xəbərdarlıq

Məcburi köçkünlərə növbəti dəfə xəbərdarlıq
12.02.2014 15:50

"Qaçqın və məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi zamanı dolayı yollarla heç kəs ev ala bilməyəcək"

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlərə növbəti dəfə xəbərdarlıq edib.

Dövlət Komitəsinin Məskunlaşma, miqrasiya və məşğulluq məsələləri üzrə şöbə müdiri Sənan Hüseynov APA-ya açıqlamasında bildirib ki, qaçqın və məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi zamanı dolayı yollarla heç kəs ev ala bilməyəcək.

Onun sözlərinə görə, qaçqın və məcburi köçkünlərin köçürülmə prosesi xüsusi yaradılmış komissiyanın, həmçinin məcburi köçkünlərin özlərinin iştirakı ilə yüksək şəffaflıq şəraitində həyata keçirilir. Yeni mənzillərə köçürüləcək qaçqın və məcburi köçkünlərin siyahısı mənzillər tikilməzdən bir neçə il öncə dəqiqləşdirilir: “Məsələn, köçürülmə prosesi aparılacaq yataqxanada son 5 il ərzində hər il orada yaşayanlar dəqiqləşdirilir, rəhmətə gedənlər, anadan olanlar nəzərə alınır. Dünən kimsə yataqxanaya bir otağa giribsə, elələri mənzil almağa nail ola bilməzlər”.

S. Hüseynov Gəncə Dövlət Universitetinin yataqxanasında da yeni mənzillərə köçürülmə prosesinin şəffaf olduğunu bildirib: “Köçürülmə prosesi ilə bağlı xüsusi komissiyada Dövlət Komitəsinin 3 əməkdaşı, işğal olunmuş rayonun icra hakimiyyəti başçısının müavini və Gəncə şəhər İcra Hakimiyyətinin əməkdaşı təmsil olunur. Kim uzun müddət yataqxanada yaşayıbsa, yeni mənzilə köçürülmək onun haqqıdır”.

Gəncədə məskunlaşan Kəlbəcər rayonundan olan məcburi köçkün Səxavət Məmmədovun mənzil bölgüsünə etiraz əlaməti olaraq bu gün intihara cəhd etməsi faktına münasibət bildirən komitə rəsmisi bunları deyib: “Səxavət Məmmədov həmin yataqxanada yaşamayıb. Bundan sonra da heç kəs dolayı yollarla mənzil almağa cəhd etməsin, buna nail ola bilməyəcək. Dövlət Komitəsi yarım ay öncə də dələduzluq hallarına cəhdlə bağlı bütün məcburi köçkünlərə xəbərdarlıq etmişdi. Həmin məlumatda da qeyd etmişdik ki, qeyri-rəsmi məlumata görə Bakı və Gəncə şəhərlərində belə dələduzluq hallarına cəhd olunur. Dövlət Komitəsi bildirir ki, köçürmə prosesi indiyədək olduğu kimi şəffaf şəkildə həyata keçirilir və bütün məcburi köçkünləri ciddi xəbərdar edir ki, hər hansı məcburi köçkün belə dələduzluq hallarına qoşularsa, onlar cinayət məsuliyyətinə cəlb olunacaqlar”.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol