• $
  • €
  • ₽
  • ₺
  • £

Bir neçə avtobus marşrutu üzrə müsabiqənin qalibləri açıqlanıb

Bir neçə avtobus marşrutu üzrə müsabiqənin qalibləri açıqlanıb
08.07.2024 15:15
Bakı-Şabran, Bakı-Siyəzən, Bakı-Oğuz, Bakı-Göyçay, Bakı-Kürdəmir avtobus marşrutları üzrə müsabiqənin qalibləri müəyyən edilib. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, Bakı-Şabran marşrutu üzrə fiziki şəxs Şahbazov Fəxrəddin Şirəli oğlu, Bakı-Siyəzən marşrutunun 11:00 istiqaməti üzrə fiziki şəxs İsmayılov Xürrəm Həmid oğlu, 12:00 istiqaməti üzrə fiziki şəxs Məhərrəmov Zöhrab Ağagül oğlu, 13:00 istiqaməti üzrə fiziki şəxs Fətullayev Qurbanağa Yadulla oğlu, Bakı-Oğuz marşrutu üzrə fiziki şəxs Qəribov Hümbət Yaqub oğlu, Bakı-Göyçay maşrutu üzrə fiziki şəxs Məmmədova Şəhla Tofiq qızı, Bakı-Kürdəmir marşrutu üzrə fiziki şəxs Hacıyev Məhəmməd Əli oğlu komissiya üzvləri tərəfindən ən çox bal toplayaraq qalib elan olunublar.

Müsabiqə "Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiqlənmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunub.

AYNA şəhərlərarası marşrut xətlərini qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsidir.




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol