Azərbaycanda intiharların sayında 1,9% azalma var - Baş Prokuror

2024-cü ilin birinci yarısında Azərbaycanda intihara hadisələri ötən ilin eyni dövrü ilə müqayisədə 1,9%, intihara cəhd halalrının isə 8,9%-i azalıb. Bu barədə Baş prokuror Kamran Əliyev altı aylıq hesabatı təqdim edərəkən bildirib.
Kamran Əliyev intihar hadisələrinin azalmasının səbəbini aidiyyatı dövlət orqanlarının apardığı maarifləndirmə işi ilə əlaqələndirib.
Baş Prokuror həmçinin vurğulayıb ki, altı ayda 25 nəfər cinayət başında saxlanılıb.
Kamran Əliyev bildirib ki, hesabat dövründə beynəlxalq axtarışda olan 24 nəfər təqsirli şəxsin də xarici ölkələrdən tutularaq Azərbaycana gətirilməsi təmin olunub.
Gülnar Nazimqızı
www.anews.az
Son xəbərlər 
Daha çox 























