• $
  • €
  • ₽
  • ₺
  • £

Xaricdə təhsil alan tələbələrin ilkin siyahısı açıqlanıb

Xaricdə təhsil alan tələbələrin ilkin siyahısı açıqlanıb
25.07.2024 15:40
Xaricdə təhsil Proqramı çərçivəsində 295 azərbaycanlı xaricdə təhsil alacaq. Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. 
 
Məlumata görə, xaircdə təhsil almağa gedən 295 tələbənin 99 nəfəri reytinqdə ilk onluqda olan ali təhsil müəssisələrində təhsil alacaq.  
 
Seçilmiş proqram iştirakçılarının növbəti siyahısı yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq. 
 
2024–2025-ci tədris ili üçün sənəd qəbulu Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2022-ci il tarixli 3163 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” əsasında həyata keçirilir.
 
"Xaricdə Təhsil Dövlət Proqramı" çərçivəsində  hər il 400-dək gəncin təhsil alması nəzərdə tutulur. Bunlardan 80-i bakalavr, 320 yer isə magist təhsili üçün ayrılıb.
 
Proqramın şərtlərinə görə, təhsilini bitirdikdən sonra məzunlar ölkəyə qayıdıb  5 il əmək fəaliyyəti ilə məşğul olmalıdır. 

2007-ci ildə bu proqram qəbul ediləndə Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlərə açıqlamasında bildirmişdi ki, "dünyanın aparıcı universitetlərini bitirdikdən sonra məzunlar oxuduqları ölkələrdə qalsalar belə Azərbaycan hökuməti buna etiraz etməyəcək. Çünki ölkənin onu xaricdə təmsil edən güclü diasporaya ehtiyacı var”. 
 
2022-ci ildə  371, 2023-cü ildə isə 381 nəfər adı çəkilən proqram çərçivəsində təqaüd qazanıb. Proqram çərçivəsində təqaüdçülərin təhsilinin maliyyələşməsi Azərbaycanın Respublikası Dövlət Neft Fondunun vəsaitləri hesabına həyata keçirilir. Bu gənclərin xaricdə təhsil almalarına imkan verən sayca ikinci proqramdır. 

Hazırki proqram da Prezident İlham Əliyevin 2022-cü il fevralın 28-də verdiyi sərəncam əsasında fəaliyyət göstərir. 

Gülnar Nazimqızı
 





www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol