• $
  • €
  • ₽
  • ₺
  • £

"Sovetski" sakinləri kompensasiya ilə razılaşmır - VİDEO

"Sovetski" sakinləri kompensasiya ilə razılaşmır - VİDEO
08.02.2014 11:33
Paytaxtda növbəti söküləcək ərazi hamının "Sovetski" kimi tanıdığı bu yaşayış sahəsidir. Plana əsasən ərazidə 10 mindən çox ev söküləcək. Ev sahiblərinə isə yaşayış sahəsinin hər 1 kvadrat metrinə 1500 manat veriləcək. Sakinlərin bu şərtlərlə razı olub-olmadığını bilmək üçün yollandıq həmin əraziyə. Məntəqəyə çatar- çatmaz narazılıq edənlər ətrafımıza toplaşdı. Hər ağızdan bir avaz eşitdik. Lakin təklif olunan şərtlərlə razı olan tapa bilmədik. Qərara gəldik bəzi evlərə baş çəkək. Gördüyünüz bu şəxs keçmiş prokurordur. 91 yaşlı Eynal Əliyev deyir ki, bu binanın 116 yaşı var və 2010-cu ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi qeydiyyata alınıb, həmçinin sökülməyəcək binalar siyahısına aid edilib. 100 kvadrat metr sahəsi olan 4 otaqlı evinin sökülməsi xəbəri isə onu sarsıdıb. Müsahibim deyir ki, mənə pul versələr də gedib ev axtarıb almağa sağlamlığım imkan vermir.Yəqin ki, bu ərazidə orta və əla təmirli evlər çoxdur. Sakinlər veriləcək məbləğin müqabilində şəhərin mərkəzində bu cür evə sahib ola biləcəklərinə heç də inanmır. Nəzərə alsaq ki, elə bu məntəqədə mənzillərin hər kvadrat metri 2500-3000 manatadır, bu zaman təklif ilə tələb arasında böyük ziddiyyət yaranır.Növbəti daxil olduğumuz evlər isə 10-15 kvadrat metr arasında dəyişir. Natiq Səlimova məxsus bu mənzil 12 kvadrat metrdir. Deməli ona veriləcək pulun məbləği 18000 manatdır. Belə olan təqdirdə sakinin ev ala bilməsi nə qədər realdır?Suallarımıza cavab almaq üçün yollandıq Yasamal rayon icra hakimiyyətinə, lakin içəri daxil olar-olmaz, məsul şəxs otağı tərk edərək burada çalışmadığını deyib binadan ayrıldı.Ancaq otaqdakı işçilərdən biri daha cəsarətli olaraq, suallarımızı cavablandırdı. Vəzifəsini təqdim etmək istəməyən Təranə İbişova bildirdi ki, təkcə evlərin daxili hissəsi deyil, sakinin adına özəlləşdirilən həyətyanı sahələr varsa, bu zaman həmin yerlər də dəyərləndiriləcək. Ancaq hər halda deyilənlər hələlik sözdür. Əmələ gəldikdə hər şey daha aydın olacaq.//Anspress
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol