• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in rouminq internet paketləri 90-dan çox ölkədə aktivdir

Azercell-in rouminq internet paketləri 90-dan çox ölkədə aktivdir
13.08.2024 14:49
Yay istirahətinə Azercell-in rouminq internet paketləri ilə!

"Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalan Azercell 90-dan çox ölkədə fəaliyyət göstərən 210-dan çox operatorun şəbəkəsində müxtəlif həcmli sərfəli rouminq internet paketlərini təklif edir.  

Ən böyük məhsul portfeli: Lider mobil operator yerli telekommunikasiya bazarında rouminq internet paketləri üzrə ən böyük məhsul portfelinə sahibdir. Belə ki, Azercell abunəçiləri 100 MB həcmində günlük, 400 MB həcmində 3 günlük, 1 GB həcmində 14 günlük və 3GB həcmində 30 günlük internet paketlərindən yararlana bilərlər. Azercell-in korporativ abunəçiləri həmçinin istifadə müddəti 30 gün olan 10 GB-lıq paketdən də faydalanmaq imkanına malikdirlər.
 
Rahat və sadə istifadə qaydası: Paketlərin sifariş qaydası çox rahat və sadədir. Belə ki, rouminq internet paketlərini SMS, USSD kod və "Azercell” tətbiqi vasitəsilə aktivləşdirmək mümkündür. Ən əsası isə  istifadə zamanı hesablama avtomatik olaraq paketin dəstəklədiyi şəbəkədən aparılır və telefonun ayarlarında prioritet operatorun seçilməsinə ehtiyac qalmır. Ətraflı: Rouminq internet paketləri 

"Premium” tariflərinin abunəçilərinə isə seçdikləri tarif paketdən asılı olaraq hər ay 1GB, 2GB və ya 3GB həcmində rouminq internet paketi hədiyyə edilir. Ətraflı:  Premium

Azercell-in bütün rouminq internet paketləri çərçivəsində səyahət zamanı WhatsApp-da yazışma ilə yanaşı, "Azercell” tətbiqi, Azercell-in rəsmi saytı və canlı çatdan (Live chat) pulsuz istifadə etmək mümkündür.

Qeyd edək ki, ümumilikdə Azercell-in rouminq xidmətindən mobil operatorun 165-dən çox ölkədə əməkdaşlıq etdiyi 390-dan çox operatorun şəbəkəsinə qoşularaq yararlanmaq olar.  





www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol