• $
  • €
  • ₽
  • ₺
  • £

Leyla Əliyeva Şamaxıda tarixi abidələrdə aparılan işlərlə tanış olub

Leyla Əliyeva Şamaxıda tarixi abidələrdə aparılan işlərlə tanış olub
19.08.2024 22:14
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qobustan və Şamaxıda bir sıra tarixi abidələrdə aparılmış bərpa işləri ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, Qobustanda "Diri Baba” türbəsində olan Leyla Əliyevaya məlumat verilib ki, XV əsrə aid abidə unikallığı ilə bütün Qafqaz bölgəsində seçilir.

"Diri Baba” türbəsi əsrlər boyu Azərbaycan xalqı tərəfindən müqəddəs yer kimi tanınıb. Tarixi abidə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 2022-ci ildə bərpa edilib. Abidənin ətrafındakı qəbiristanlıq və mağaralarda tədqiqat işləri aparılıb. Eləcə də abidənin turistlər tərəfindən ziyarəti üçün müvafiq infrastruktur yaradılıb.

Leyla Əliyeva Şamaxıda Kələxana türbələrində də olub. Türbələrdə arxeoloji tədqiqat işləri 2022-ci ildə başa çatıb. Arxeoloji tədqiqatlar zamanı türbələr və ərazidəki tikililərin tarixinin XII əsrə gedib çıxdığı müəyyən edilib. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən Kələxana türbələrində hazırda bərpa və konservasiya işləri aparılır.

Heydər Əliyev Fondunun dəstəyi ilə son illər Şamaxıda Şahxəndan türbəsi, Pirsaat ziyarətgah kompleksində, eləcə də digər tarixi, dini və mədəni abidələrdə bərpa və konservasiya işləri həyata keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Şamaxıya səfəri zamanı şəhid heykəltəraş Samir Kaçayevin ailəsi ilə görüşüb. Samir Kaçayev 2016-cı il aprel döyüşləri zamanı qəhrəmancasına həlak olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "İgidliyə görə” medalı ilə təltif edilib.

Leyla Əliyeva Şamaxıda müxtəlif kəndlərin sakinləri ilə də görüşüb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol