Dövlət Komitəsi dezinfeksiya işlərinə 80 min manatdan çox vəsait xərcləyəcək

Qaçqınların və Məcburi Köçkünlərin İşlər Üzrə Dövlət Komitəsi 5 ay ərzində ayda 1 dəfə olmaqla məcburi köçkün qəsəbələrinin ərazisində dezinfeksiya, dezinseksiya və deratizasiya xidmətinin aparılmasına 80.248,64 AZN vəsait xərcləyəcək. Bu barədə tenderlərlə bağlı rəsmi elan saytında məlumat yerləşdirilib.
Tenderin qalibi isə "ECOMEDİ” QSC-dir.
Qalib şirkət dövlət qeydiyyatına 2000-ci il alınıb və nizamnamə kapitalı 2000 manatdır.
Gülnar
www.anews.az
Son xəbərlər 
Daha çox 























