• $
  • €
  • ₽
  • ₺
  • £

“Azəriqaz” abunəçilərinə şad xəbər

“Azəriqaz” abunəçilərinə şad xəbər
06.02.2014 12:26
Fevral ayından başlayaraq, ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi abonentlərə 1 saylı Bakı “ASAN xidmət” mərkəzində xidmətlərini təklif edəcək. ARDNŞ-in mətbuat xidmətindən verilən məlumata görə, yaşadığı ərazidən asılı olmayaraq, bütün abonentlərin müraciət edə biləcəyi bu mərkəzdə vətəndaşlara heç bir müddət müəyyənləşdirilmədən, dərhal icra olunması nəzərdə tutulan 5 növ xidmət göstəriləcəkdir. Abonentlərə göstəriləcək xidmətlər və bu xidmətlər zamanı tələb olunan sənədlərin siyahısını təqdim edirik: 1) İtirilmiş smart kartın bərpası. Bu xidmət üçün bazada qeydiyyatda olan abonentin şəxsən özü tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin əsli və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən vətəndaşın şəxsən özü tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin əsli, smart tipli sayğacın nömrəsi və yaxud abonent kodu tələb olunur. Kartın dəyəri 5 manatdır 2) Artıq qeydiyyatda olan və yerli Qaz İstismar Sahəsində təsdiq olunmuş məcburi köçkün abonentlərinin limitlərinin verilməsi. Bu xidmət üçün bazada qeydiyyatda olan abonentin şəxsən özü tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin əsli və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən vətəndaşın şəxsən özü tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin əsli, eləcə də smart kart tələb olunur. Xidmət üçün heç bir rüsum tələb olunmur. 3) Saldoların çap olunması və borc haqqında məlumatın verilməsi. Bu xidmət üçün bazada qeydiyyatda olan abonentin şəxsən özü tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin əsli və yaxud notarial qayadada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən vətəndaşın şəxsən özü tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin əsli, eləcə də smart kart tələb olunur. Xidmət üçün heç bir rüsum tələb olunmur. 4) Smart tipli sayğaclardan istifadə edən abonentlərin şəxsi məlumatlarında dəyişikliklərin edilməsi. Bu xidmət üçün bazada qeydiyyatda olan abonentin şəxsən özü tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin əsli və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən vətəndaşın şəxsən özü tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin əsli, smart kart, həmçinin mülkiyyəti təsdiq edən sənədlərin əsli (mülkiyyətin qeydiyyat vərəqəsi və yaxud alqı-satqı müqaviləsi) tələb olunur. Xidmət üçün heç bir rüsum tələb olunmur. 5) Smart tipli sayğacların istismarı ilə bağlı məlumatın verilməsi. Bu xidmət üçün sənəd və rüsum tələb olunmur. Qeyd edək ki, bütün xidmətlər yalnız “İTRON-SOCAR” sayğaclarından istifadə edən abonentlər üçün nəzərdə tutulur. Gələcəkdə “Azəriqaz” İB tərəfindən xidmətlərin sayının artırılması, bu xidmətlərin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub. Nəticədə xidmətlər Bakı şəhərində yerləşən 2, 3 və 4 saylı, eləcə də Gəncə və Sumqayıt şəhərlərində yerləşən “ASAN xidmət” mərkəzlərini əhatə edəcəkdir.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol