• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda qanunsuz ov edən 107 nəfər saxlanılıb

Azərbaycanda qanunsuz ov edən 107 nəfər saxlanılıb
05.02.2014 22:19
2014-cü ilin yanvar ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən “Ovçuluq haqqında” qanunun tələblərinə əməl olunması, qanunsuz ov edilməsi, ovlanmış çöl quşlarının və heyvanların qeyri-qanuni satışının qarşısının alınması məqsədilə ölkə ərazisində mütəmadi reydlər keçirilib.Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, keçirilən reydlər zamanı qanunsuz ov edilməsi və qanunsuz yolla əldə edilmiş ov məhsullarının satışı ilə bağlı 107 nəfər saxlanılıb, qanunsuz ov edən şəxslərdən ümumilikdə 80 ədəd ov tüfəngi, 234 ədəd patron, 1 ədəd qayıq, balıq ovunda istifadə olunan elektrik avadanlıqları, qanunsuz ovlanmış 36 baş quş götürülüb. Eyni zamanda, magistral avtomobil yollarının kənarlarında keçirilən reydlər zamanı ayrı-ayrı şəxslər tərəfindən qanunsuz yolla əldə edilmiş 106 baş çöl quşunun və 172 ədəd müxtəlif növ balığın (nərə, çəki, xanı və s. cinsli) satışının təşkil edildiyi aşkar edilib. Ov tüfəngləri, patronlar, balıq ovunda istifadə olunan avadanlıqlar, çöl quşları və balıqlar qanunvericiliyə uyğun qaydada götürülüb. Faktlarla bağlı akt və protokollar tərtib edilərək 65 nəfər qanun pozucusu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati qaydada, ümumilikdə 64450 manat məbləğində cərimə olunub, qanunsuz ovlanmış quşlara görə ayrı-ayrı şəxslərə 10495 manat məbləğində iddia tətbiq edilib. Sənədlərini təqdim etməyən qanun pozucuları barəsində toplanmış materiallar və maddi-sübut kimi götürülmüş qanunsuz məhsullar təqsirkarlar barəsində tədbir görülməsi üçün aidiyyəti üzrə rayon Polis Şöbələrinə təqdim edilib. Hazırda araşdırmalar aparılır və qanun pozucularının qanunvericiliyə uyğun qaydada  məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.    Qanunsuz ov hallarının qarşısını almaq məqsədilə reydlər davam etdirilir.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol