• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlə görüşmək məktəb direktorunun qəbuluna düşməkdən daha asandır - Nazir

Nazirlə görüşmək məktəb direktorunun qəbuluna düşməkdən daha asandır - Nazir
10.09.2024 12:22
Bakıda elə məktəb direktorları var ki, onların qəbuluna düşmək olmur. Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

"Məktəb ictimai qurumdur. İctimaiyyətlə münasibət qurulması vacibdir. Məktəb valideynlərə mesajı necə çatdırır? Bakının elə məktəb direktorları var ki, onların qəbuluna düşmək mənim qəbuma düşməkdən çətindir. Belə hallar var. Amma çox deyil. Bir dənə belə hal varsa deməli problem var. Valideynlərlə məktəb rəhbərliyi görüşməlidir",- nazir Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, məktəb şagidrlərin marağına uyğun işləməlidir. Bu gün şagirdə nə öyrədirik məsələsi ön plana çəkilməlidir. 
 
Ötən tədris ilində 12 məktəbə yeni direktor təyin olunub. Bunu  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova  bildirib. 

Onun sözlərinə görə, həmin dövrdə Bakıda məktəblərə 52 müavin, 14 təşkilatçı və 2 472 müəllim işə götürülüb.
 
14 uşaq  bağçasına müdir təyin olunub, 142 tərbiyəçi-müəllim işlə təmin olunub.

 
Gülnar Nazimqızı

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol