Avtomobili arxaya sürən ata övladını vuraraq öldürüb

Saatlıda avtomobil iki yaşlı uşağı vuraraq öldürüb.
"Report" xəbər verir ki, Elşən Əskərov "VAZ 21 06" markalı avtomobili arxaya idarə edərkən 2022-ci il təvəllüdlü oğlu Sənan Əskərovun üzərindən keçib.
Azyaşlı aldığı xəsarətdən hadisə yerində ölüb.
www.anews.az
Son xəbərlər 
Daha çox 























