• $
  • €
  • ₽
  • ₺
  • £

Sabiq vəkil Elman Paşayev saxlanılıb

Sabiq vəkil Elman Paşayev saxlanılıb
17.09.2024 14:36
İşdən çıxarılan vəkil Elman Paşayev Moskvada saxlanılıb. Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
 
Paşayevə qarşı xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi) cinayət işi başlanıb. Keçmiş vəkili 10 ilə qədər həbs gözləyir.

Müstəntiqlərin fikrincə, 2024-cü ilin fevralında Paşayev "arzular marafonunun” yaradıcısı Yelena Blinovskayanın əri Alekseyi "böyük pul mükafatı” müqabilində cinayət məsuliyyətindən azad edə biləcəyinə inandırıb. İstintaq Komitəsi Paşayevin ondan "külli miqdarda pul” aldığını iddia edir. Hansı məbləğdən söhbət getdiyi göstərilməyib.

Bundan əvvəl Elman Paşayevin Ukraynada döyüş əməliyyatlarında iştirak etdiyi və Uqledar yaxınlığında yaralandığı bildirilib. Onlar Aleksey Blinovski ilə eyni bölmədə xidmət ediblər. .

Elman Paşayev bədbəxt hadisə nəticəsində bir nəfərin ölümünə görə, 7,5 il  azadlıqdan məhrum edilən Mixail Efremovun vəkili olub.
 
2020-ci ildə Paşayev bədbəxt hadisə ilə bağlı ictimai açıqlamalara görə, vəkillik statusundan məhrum edilib. 2022-ci ilin sentyabrında o, bu statusu bərpa etdi, lakin Federal Hüquqşünaslar Palatasının şurası onun əldə edilməsi prosesində pozuntular müəyyən etdi və onu ləğv etdi.

Yelena Blinovskaya 905 milyon rublu ödəməməkdə , vergilər, eləcə də ödənilməmiş vergilərin böyük hissəsinin leqallaşdırılmasında və ödənişlərin qeyri-qanuni dövriyyəsində ittiham olunur. 
 
2023-cü ilin aprelində o, ev dustaqlığında idi, lakin şərtləri pozduğuna görə məhkəmə onu 2024-cü ilin yanvarında həbs edib.
 
İstintaq Komitəsinin məlumatına görə, Aleksey Blinovski həyat yoldaşının şərikidir, lakin Rusiya-Ukrayna müharibəsində iştirak etdiyi üçün ona qarşı istintaq dayandırılıb.
 
Moskvada dələduzluqda şübhəli bilinərək saxlanılan  Elman Paşayevin analoji cinayətlərdə əli olub-olmadığı yoxlanılacaq. Bu barədə hüquq-mühafizə orqanlarından TASS-a bildirilib.

"Paşayevin işində yeni epizodlar yarana bilər. Onun digər dələduzluqlarda əli olub-olmaması yoxlanılacaq”, - agentliyin həmsöhbəti  vurğulayıb. 
 
N.Təbrizli


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Cəmiyyət 10:00
İranda 4,5 maqnitudalı zəlzələ baş verib, Naxçıvanda hiss olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol