• $
  • €
  • ₽
  • ₺
  • £

Yasamalda etiraz AKSİYASI - FOTOLAR

Yasamalda etiraz AKSİYASI - FOTOLAR
03.02.2014 11:41
Bakının Yasamal rayonu "Yeni Yasamal 1", Əsəd Əhmədov 22-a ünvanında yerləşən “Arabaçı" MTK-nın sakinləri yaşadıqları problemlərlə əlaqədar etiraz aksiyası keçiriblər.Qaynar.info-ya daxil olan məlumatda bildirilir ki, 500 ailə üçün nəzərdə tutulmuş, 6 bloklu, 16 mərtəbəli “Arabaçı” MTK- da artıq 70-80 faizdən çox məskunlaşma var. Bina 2005-ci ildə təsisçi Məmmədov Sakit Murtuz oğlu tərəfindən tikilməyə başlanılıb və 2007-ci ildə bütün kommunal xətlərin çəkiləcəyinə, binaya qaz veriləcəyinə dair söz verilib. Məmmədov Sakit Murtuz oğlu yazılı surətdə söz versə də, heç bir əməli addım atmayıb: "Liftlər binanın həyətində quraşdırılmamış qalır, bina sakinləri rəsmi qaydada abunə olmadığından ümumilikdə götürsək, hər ay 30.000 manatdan artıq işıq pulu və su pulunu dövlətə deyil, ayrı-ayrı şəxslərə ödəyir, binaya telefon xətti dövlət şirkəti tərəfindən deyil, maddi maraqlar ucbatından özəl provayderlərdən az sayda bina sakininə çəkdirilib və nəticədə sakinlərin böyük qismi XXI əsrdə Bakı kimi şəhərdə telefonsuz mənzildə yaşayır. Heç şübhəsiz saysız-hesabsız problemlərin başında isə qaz problemi dayanır. Artıq neçə ildir yüzlərlə ailə qışı çətin şəraitdə keçirir. Körpə uşaqlar, ahıl yaşlı insanlar soyuqdan, şəraitsizlikdən yatağa düşüb. Ancaq buna baxmayaraq binanın təsisçisi Məmmədov Sakit neçə ildir ki, binaya yaxın durmur, qaz problemini həll etmək üçün heç bir cəhd göstərmir". Aksiyanın sonunda bina sakinləri Məmmədov Sakit Murtuz oğlundan binanın yüzlərlə sakinini aldatmağı dayandırmağı, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyi, Azərbaycan Qanunvericiliyinə tabe olub mənimsədiyi pulların haqqını qaytarmağı, binanı tam şəkildə vətəndaşlara təhvil verməyi tələb ediblər.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol