Cəbrayılda avtomobillər toqquşub, ölən var

Cəbrayılda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə bu gün rayonun Soltanlı kəndində qeydə alınıb.
Rayon sakini Ədalət Zeynalov idarə etdiyi "Lada" markalı avtomobillə yol kənarında dayanan "Ford" markalı avtomobilə çırpılıb. Nəticədə Ədalət Zeynalov hadisə yerində ölüb, "Ford"un sürücüsü xəsarət alıb.
www.anews.az
























