• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA mobil telefonun insan orqanizminə təsirini açıqladı

AMEA mobil telefonun insan orqanizminə təsirini açıqladı
31.01.2014 16:25
Mobil telefonun şüalanmasının baş-beyin strukturlarına oksidləşdirici-reduksiyaedici təsiri var. Ağ siçovullar üzərində təcrübələr göstərir ki, təxminən 1 ayadək şüalanma beyin qabığında və qabıqaltı strukturlarda lipid peroksidləşməsi və oksigeni udma qabiliyyəti kimi göstəricilərin dəyişməsinə səbəb olur. Bunu Trend-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, A.İ.Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə fəlsəfə doktoru Afiq Qazıyev deyib.A.Qazıyev bildirib ki, beyin qabığında lipid peroksidləşməsinin zəifləməsi və oksigen udulmasının güclənməsinə səbəb olan şüalanma şəraiti qabıq altında əksinə, lipid peroksidləşməsinin güclənməsinə və oksigen udulmasının yavaşımasına gətirib çıxarır: "Beyinin müxtəlif nahiyələrində şüalanmanın əks istiqamətli effektləri elektromaqnit enerjisinin müxtəlif dərəcədə udulması ilə şərtlənən pro- və antioksidant təsirlərlə əlaqələndirilir. Misal üçün, göz büllurunun şəffaflığının itirilməsinə, yəni kataraktın inkişafına təsir göstərir. Ağ siçovullar üzərində aparılan təcrübələr göstərir ki, mobil telefonun EMŞ-nə 1 ay müddətində (gündə 20 dəq) məruz qalan orqanizmin göz büllurunda lipidlərin peroksidləşmə prosesləri müəyyən həddə qədər güclənir. Lakin bu orqanın normada yaxşı təşkil olunmuş antioksidant müdafiə sistemi, onun əsas elementlərindən biri olan qlütation öz aktivliyini artıraraq təhlükəli həddin aşılmasına yol vermir - redoks-status saxlanılır".İnstitut direktoru deyib ki, gələcək tədqiqatlarımızda büllurda redoks-statusun pozulmasına gətirə biləcək şüalanmanın müddəti, intensivliyi, orqanizmin funksional vəziyyəti və digər parametrlərlə bağlı şərtlərin üzə çıxarılması həyata keçiriləcək: "Onu da qeyd edək ki, əvvəlki eksperimentlərimizdə fizioterapiyada istifadə edilən 460 MHz tezlikli EMŞ-nin (uyğun dalğa uzunluğu mobil telefonda istifadə edilən desimetr diapazonuna daxildir) aşağı intensivliyində göz büllurunda süni surətdə yaradılmış oksidativ stress vəziyyətini - kataraktın inkişafını stimullaşdıran şəraiti - aradan qaldırmaq mümkün olub".A.Qazıyev deyib ki, tədqiqatlarımızın bu günə olan nəticələri mobil rabitə və fizioterapiyada istifadə edilən elektromaqnit şüalanmalarının (EMŞ) canlı orqanizmə xroniki təsirində həm prooksidant, həm də antioksidant reaksiyaların olması ehtimalını üzə çıxarır: "Hüceyrə membranlarının struktur və funksiyalarını bu və ya digər istiqamətdə modifikasiya etməklə EMŞ orqanizmdə gedən patoloji prosesləri sürətləndirə və ləngidə bilər. Mobil telefonların insanlara təsirinin qorxusu odur ki, məlumat dalğalarının tezlikləri ilə orqanizmin tənzimetmə tezliyi üst-üstə düşür. Yəni bizim beynimizdə məlumatların analiz olunma və ötürülməsinin dalğa intensivliyi, onların oxşarlığı və s. mobil telefonlarda ötürücülərin gərginliyi, dalğanın diapazonu ilə bəzən oxşar olur. Buradan o nəticəyə gəlmək olar ki, ifrat dərəcədə telefon və kompüterdən istifadə etdikdə o, parazit kimi beyinə daxil olur, beyindəki mexanizmlərin bir halqasına çevrilir. Ona görə də psixoloji durum zəifləyir. Belə hallarda telefondan istifadə edən şəxsə söz deyəndə, o eşitmir, buna dərhal başqa cür reaksiya göstərir. Mobil telefonlar daha çox oqranizmin antioksidant müdafiə sistemlərini tormozlayır, sıradan çıxarır".Onun sözlərinə görə, mobil telefonlardan istifadənin çox geniş vüsət almasını nəzərə alaraq, danışıq zamanı orqanizmin, əsasən də baş nahiyəsinin mobil aparatın şüalandırdığı elektromaqnit şüalanmasının təsiri altında olması bu təsirdən irəli gələn biofiziki, biokimyəvi dəyişikliklərin öyrənilməsini aktual edir: "Hazırda institutumuzda mobil rabitə və fizioterapiyada istifadə olunan elektromaqnit şüalanmalarının müxtəlif orqan və toxumalarda oksidant-antioksidant proseslərin balansına təsirinin öyrənilməsi üzrə tədqiqatlar gedir. Redoks-status adlanan bu balansın pozulması orqanizmdə müxtəlif funksional fəsadlara gətirib çıxara bilir".ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol