Bakının bəzi ərazilərində işıq problemi yaranıb
Azərbaycanın bölgələrində, həmçinin Bakı şəhərində müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar olaraq, paytaxtın bəzi rayonlarına elektrik enerjisinin verilməsində problemlər yaranıb. Bunu «APA-Economics»ə açıqlamasında «Bakıelektrikşəbəkə» ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib. Onun sözlərinə görə, hazırda elektrik enerjisinin verilməsində problem sadəcə Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində müşahidə edilir. «Digər ərazilərdə problem həll olunub. Binəqədi rayonunun Sulutəpə qəsəbəsinə isə yaxın saatlarda elektrik enerjisinin verilişi bərpa olunacaq. Hazırda bu istiqamətdə iş aparılır», - deyə T.Mustafayev qeyd edib.ANN.Az

Instagram
Bizi Instagramda izləyin
Keçid etOxşar xəbərlər
Cəmiyyət 14:19 Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 12:05 Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 11:38 Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:36 Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:16 Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:03 Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:00 BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 10:40 Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:27 Bu yolayrıcında işıqfor quraşdırılıb